“Ermənistanla müttəfiqliyimiz bundan sonra da inkişaf edəcək” – Putin

Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Armen Sarkisyana Yeni il münasibətilə təbrik məktubu göndərib.

Haqlı.az xəbər verir ki, təbrikdə növbəti ildə də Rusiya və Ermənistan arasında müttəfiqlik davam edəcək.

“Ermənistan-Rusiya münasibətləri yaxşı dostluq ənənələrinə, mədəni və mənəvi yaxınlıqlara əsaslanır. Əminəm ki, gələn il də bizim ikitərəfli müttəfiqlik əməkdaşlığımız, müxtəlif sahələrdə konstruktiv əməkdaşlığımız qardaş xalqlarımızın mənafeyi və rifahı, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi naminə bundan sonra da inkişaf edəcək”, – deyə məktubda bildirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin