Ceyhun Bayramov: “Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi açılacaq”

Yaxın zamanda Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi işə başlayacaq.

Haqlı.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, iki ökə arasında siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir.

“Yaxın zamanda artıq səfirliklərimiz fəaliyyətə başlayacaq. Bu da mövcud əlaqələri daha da genişləndirəcək. Həm də xarici işlər nazirlikləri arasında əlaqələr daha sıx xarakter alacaq”, – C.Bayramov bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin