Rusiya ABŞ-a nota verdi

121

Rusiya Xarici İşlər Nazirliyi üç amerikalı diplomatla bağlı ABŞ-ın Moskvadakı Səfirliyinə nota göndərib.

Haqlı.az xəbər verir ki, bir rus vətəndaşın şəxsi əşyalarını oğurladığı iddia edilən üç diplomatın toxunulmazlığının ləğvi tələb edilib.

Bildirilib ki, ABŞ Səfirliyinə göndərilən notada amerikalı diplomatların toxunulmazlığı ləğv olunmaqla, məhkəmə qarşısında cavab vermələrinin önünün açılması istənilib.

ABŞ Səfirliyinin Rusiyanın istəyini rədd edəcəyi halda üç diplomat “arzuolunmaz şəxs” elan ediləcək və diplomatların Rusiyanı tərk etmələri tələb olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin