RƏZALƏT! Zöhrabyan AŞPA-da Azərbaycanı TƏNQİD ETDİ, Nigar Arpadarai səhvən DƏSTƏKLƏDİ

30

Nigar Arpadarai AŞPA iclasında erməni deputata etiraz edib, prezidenti müdafiə etmək istəyib. Amma tərsinə alınıb, erməni deputatın dediklərini təsdiq edib, İlham Əliyevin ritorikasını sərt tənqid edib.

KAİM.az xəbər verir ki, bu sözləri ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, Naira Zöhrabyan Əliyevin ermənilərlə bağlı “vəhşilər, iti qovan kimi qovuruq onları” və s. sözləri işlətdiyini deyib, yeni dronlarına “iti qovan” adı qoyulduğunu bildirib və nifrət nitqinin yolverilməz olduğunu vurğulayıb:

“Arpadarai də elə bilib ki, erməni deputat bu sözləri Azərbaycan haqqında işlədir. Özünü təsdiq üçün fürsət bilib, tez qalxıb ayağa ki, biz bir-birimizə hörmətlə yanaşmalıyıq, təhqirə yol verməməliyik, belə çıxışlar Avropa dəyərlərinə ziddir-filan.

Amma faktiki olaraq N.Arpadarai erməni deputatın dediyini təkrarlayıb, Prezident Əliyevi tənqid edib”.

B.Hacıyev millət vəkilini ələ də salıb. Yazıb ki, gələn dəfə tələsmə, çıxışlara diqqətlə qulaq as ki, erməniləri əsaslı arqumentlərlə susdurasan, belə gülməli mənzərə yaranmasın. / pravda.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin