Ukrayna XİN Donbasda hansı hallarda atəş açacaqlarını AÇIQLADI

17

Ukrayna Xarici İşlər naziri (XİN) Dmitri Kuleba ölkənin şərqində gərginləşmiş vəziyyətə münasibət bildirib.

KAİM.az xəbər verir ki, bu barədə diplomat Fransanın “Liberation” qəzetinə müsahibə verib.

O, Ukrayna tərəfinin Donbass ərazisinə hansı şərtlərdə atəş açmağa hazır olacağını açıqlayıb.

“Yalnız əsgərlərimiz üçün bir təhlükə olduğu və ya onlara hücum edildiyi təqdirdə atəş açacağıq”, – deyə o bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Kiyev bu məsələni diplomatik və siyasi yollarla həll etməyə çalışmağa sadiqdir.

Nazir həmçinin əlavə edib ki, “Ukrayna səlahiyyətliləri bölgədə dekabr ayına qədər yaxşı işləyən atəşkəsin qəbul olunmasından məmnundular. Sonra Moskvada nəsə dəyişdi”. / konkret.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin