Əliyevin bu sözləri Moskvanı SİLKƏLƏDİ – Rusiyadan Bakıya TƏCİLİ ZƏNG EDİLDİ

Prezidentin müsahibəsində dediklərindən məlum olur ki, Rusiya “İsgəndər – M” suallarından yayınır. Və media üzərindən Azərbaycan və Türkiyəyə qarşı “raket qalıqlarının Suriyadan gətirilərək, Şuşaya qoyulduğu versiyaları” üzərindən kampaniya aparılır.

Əliyev bu versiyaların sistemli yanaşma olduğunu deməklə, kampaniyanın sifarişçisinin Moskvanın olduğuna işarə vurur.

Prezidentin iki sətraltı mesaj isə xüsusi diqqət çəkir:

Birincisi, “Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza – Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər” deməklə, Moskvaya “bu torpaqlar bizimdir, bizim razılığımızla gəlmisiniz, razılığımız olmasa çıxacaqsınız” mesajını ötürür.

İkincisi, “üçtərəfli bəyanat da Azərbaycan tərəfindən tam icra edilib” deməklə, Rusiyaya bəyanatın icra etmədikləri bəndlərini xatırladır. Əsas məqam 4-cü bənd – erməni qoşunların çıxarılmasıdır.

Bu iki mesajın “İsgəndər – M” məsələsi üzərindən verilməsi kulis danışıqlarında Azərbaycanın tələblərinin nələr olduğunu göstərir.

Moskva çətin vəziyyətdə qalıb: ya Ermənistana “İsgəndər – E” yox, “İsgəndər – M” verdiyini, bununla beynəlxalq öhdəliyi pozduğunu deməli, ya “İsgəndər – M”-in Gümrüdəki bazadan, yaxud Cənub Hərbi Dairəsindən Şuşaya atdıldığını dilə gətirməli, ya da raketlərin qaçaqmalçılıq yolu ilə Ermənistana aparıldığını etiraf etməlidir.

Azərbaycanın bildiyi və cavab almaq istədiyi məqamlar məhz bunlardır.

Prezidentin “biz bir çox şeyləri bilirik… Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar…” sözləri də Moskvaya son mesaj hesab oluna bilər.

Və görünür, mesaj ünvana çatıb, Rusiya baş naziri Mixail Mişustinin Əliyevin müsahibəsindən sonra Azərbaycanın baş naziri Əli Əsədova zəng etməsi təsadüfi deyil… / pravda.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin