Zəngəzuru ermənilərə kimlər və NECƏ VERİB? – İYRƏNC PLAN və TARİXİ FAKTLAR

0
6

“Zəngəzurun ermənilərə verilməsinin memarı Amerika Birləşmiş Ştatatları, Azərbaycan Cümhuriyyətinin qurucularını aldadan isə Amerika ordusunun polkovniki, Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi polkovnik V.Haskelin müavini polkovnik Ceyms Rey idi”.

KAİM.az xəbər verir ki, bu faktlar barədə KONKRET.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev danışıb. Politoloq bildirib ki, Zəngəzurun və hətta Naxçıvanın ermənilərə verilməsi planı Amerikanın istəyi idi. Planın reallaşması və həyata keçirilməsi üçün təlimat alaraq bura göndərilən isə Ceyms Rey olub: “Zəngəzurun 1919-cu ildə Ermənilərə verilməsini göstərən, noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə keçirilən sülh konfransının danışıqlarının stenoqramasının surəti və müqavilənin üz qabığını sizlərə təqdim edirəm. Bu sənədi uzun zamandır axtarırdım və nəhayət Amerika Konqres kitabxanasına yazdığım məktubun cavabı gəldi. Sənədin tam surətini mənə elektron formada göndərdilər. Demək Ermənistanla Azərbaycan arasında bağlanan bu sazişi iki ölkənin baş nazirləri N. Yusifbəyli və A.Xatisov, təminatçı sifəti ilə ABŞ tərəfindən Ceyms Rey və Gürcüstanın xarici işlər naziri E.Gegeçkori imzalayıblar. Bu sazişin imzalanmasına aparan yol 1919-cu il yanvarın 25-də Azərbaycan hökuməti üçün mühüm bir qərarı idi: “Şuşa, Cəvanşir, Cəbrayıl və Zəngəzur qəzaları Gəncə quberniyasının tərkibindən çıxarılaraq həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğunun yaradılsın”.

Şəkilin açıqlaması yoxdur.

Zaur Əliyevin sözlərinə görə, Şuşa şəhəri general-qubernatorluğun mərkəzi seçildi: “Azərbaycanın birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənilərin narahat olduğunu, Zəngəzurun Azərbaycan Cümhuriyyəti tərkibində qalmasına qarşı çıxan Amerika dərhal üç tərəfli görüş keçirilib, “sülh” sazişinin imzalanması tapşırığını Ceyms Reyə verir. Bu tapşırıq gələnə qədər Azərbaycan Cümhuriyyəti ordusu Zəngəzuru tamam ermənilərdən təmizləmək üzrə idi. Xosrov bəy Sultanov, Sultan bəy Sultanovun başçılığı ilə erməniləri geri qovmaqda davam edirdi. Müharibədə ermənilərin geri çəkilməsi, məğlub olması Amerikanı çox narahat edirdi. Buna görə də amerikalı polkovnikin inadı və məkrli planı ilə ikitərəfli sazişi imzalamaqla Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlmişdilər ki, bundan sonra silaha əl atmayacaqlar, hər iki hökumət Zəngəzura gedən yolların açılması üçün tədbirlər görəcək, sərhəd məsələləri də daxil olmaqla bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcək. Barışıq əldə edilmədikdə polkovnik Ceyms Rey münsiflər məhkəməsi sifətində tədbirlər görəcək, danışıqlar aparmaq üçün iki ölkə bərabər sayda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəalarına vicdanla əməl edəcəklər. Müqavilənin 3-cü bəndinə belə bir bəndin “Ermənistan-Azərbaycan sülh konfransı tərəfindən məsələ həll olunana qədər Zəngəzurun administrativ idarəçiliyi Amerika Birləşmiş Ştatları nümayəndəsinin nəzarəti altında qalmalıdır”- olması Ceyms Reyin əl qolunu açırdı və ona geniş səlahiyyət verirdi. Buna görə də Azərbaycan Cümhuriyyəti ordusu regionda sülhün bərqar olması üçün Ceyms Reyin təkidi ilə Zəngəzurdan çıxmalı olur”.

Şəkilin açıqlaması yoxdur.

Politoloq əlavə edib ki, Azərbaycan cümhuriyyəti Amerikalı polkovnikə, güvəndiyi üçün, qan tökülməsinin qarşısının alınması məqsədi ilə bu addımı atmalı olur. Amerikanın planının ikinci mərhələsi bundan sonra işə düşür, Zəngəzur qəzasının Oxçupir, Davidan, Atqız, Şəbədək, Anişu və Quşçular kəndlərinə ermənilər hücum edərək dağıdıb kütləvi qırğınlar törədib, Girətag və onun ətraf kəndlərini, Dərələyəz qəzasında isə Köçbəy, Qısır, Martiros, Qayalı, Leyliqaçan, Vəlyalar, Göyərçin, Çaykənd və İtdil kəndlərini ələ keçirib Azərbaycanlıları ordan qovurlar: “Bu hücumlar 1920-cı ilə qədər davam edir və o ilin yanvarın 21-dən, 26-dək Zəngəzurun 3-cü sahəsində 48, 4-cü sahəsində 3 kəndi işğal edilərək bütün kəndlərinin işğalı başa çatdırılır. Erməni qüvvələrinin böyük hərbi üstünlüyü qarşısında Zəngəzurdan Naxçıvana və ətraf ərazilərə görünməmiş bir qaçqın axını başlandı. Zəngəzurda qonşu Cəbrayıl və Cavanşir uyezdlərinə təxminən 50 min nəfər sığınmaq məcburiyyətində qaldı. Bu basqınlar nəticəsində ümumilikdə 100-dən çox kənd məhv edildi, ümumi ölü sayısı 10 minə çatırdı. Zəngəzur tamamilə azərbaycanlılardan boşadılmağa başladı. Bu hadisəyə qədər 72% azərbaycanlı, 38% isə erməni yaşayan Zəngəzurda, Azərbaycanlıların sayı olduqca azaldı. Ermənilər bura köç edərək məskunlaşdılar. Bununla bağlı Paris sülh konfransında da Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımı materiallar təqdim etmişdilər. Lakin bu sənədlər və materiallar Amerika Prezidentinə və Antanta üzvü olan dövlət başçılarına təqdim edilmədi. Çünki polkovnik Ceyms Rey ermənilərin maraqlarını müdafiə edirdi..

Rəsulzadəni tarixdən silək? – Dosent

Beləliklə Zəngəzur məsələsi Paris Sülh Konfransında müzakirədən kənarda qaldı. Naxçıvan isə Azərbaycanın ərazisi kimi qaldı. 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan torpağını tərk etdi. Beləliklə, bölgə əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin isə ciddi diplomatik səyləri bu növbəti təxribat aktının qarşısını vaxtında aldı. Beləliklə də, ermənilərin Naxçıvanı ABŞ-ın yardımı ilə ələ keçirmək niyyəti növbəti dəfə həyata keçirilmədi. Bir sözlə Azərbaycan Cümhuriyyətinə qarşı ən böyük düşmən siyasəti keçirən amerikalılar sadəcə Zəngəzuru ermənilərə verib gedirlər, Naxçıvan və Qarabağ isə Cümhuriyyətin sayəsində Azərbaycan tərkibində qalır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin