Rusiya Ermənistan ordusunu bunlarla GÜCLƏNDİRİLƏCƏK- Rus general AÇIQLADI

MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi pilotsuz uçan aparatlarla mübarizə vasitələri ilə gücləndiriləcək.

KAİM.az xəbər verir ki, bunu Rusiya HHM qüvvələrinin komandanı general-leytenant Yuri Qrexov deyib.

O, MDB-nin hava hücumundan müdafiə birləşmiş sisteminin inkişafı çərçivəsində normativ-hüquqi bazanın gələcəkdə işlənməsinin, eləcə də bu sahədə kadr hazırlığının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Qrexov birləşmiş sistemdəki qüvvələrin növbəti məşqinin 2022-ci ildə keçiriləcəyini deyib.

Qeyd edək ki, MDB ölkələrinin hava hücumunda müdafiə birləşmiş sisteminə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan (KTMT üzvləri) və Özbəkistan daxildir./ konkret.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin