Gürcüstanda bu səbəbdən matəm ELAN OLUNDU

0
7

Gürcüstan hökuməti 10 aprel tarixində bütün ölkə ərazisində bir günlük matəm elan edib.

KAİM.az xəbər verir ki, bu, Abxaziya ərazisində dörd yerli vətəndaşın ölməsi ilə əlaqədardır.

İki qadın və iki kişi aprelin əvvəlində İnquri çayını keçərkən onlarla əlaqə kəsilib.

Həmin şəxslərdən üçünün cəsədi aprelin 7-də tapılıb. Dördüncü şəxsin meyiti isə dünən axşam Gürcüstanın qərbində, Orsantiya kəndi yaxınlığında aşkar edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin