Ermənistan hərbi hissələrində iğtişaşların “DOZASI ARTIR”

Ermənistandakı hərbi hissələrin birində müddətli qulluqda olan əsgərlərin məzuniyyətdən geri qayıtmaq istəməməsilə bağlı insident baş verib.

KAİM.az xəbər verir ki, fevralın 23-də bir qrup hərbçi və onların qohumları əsgərlərin daimi yerləşmə məntəqəsinə qayıtmalarına mane olmağa çalışıb.

Nəticədə hərbi hissədə iğtişaşlar başlayıb, bu vəziyyətdən istifadə edən bəzi əsgərlər isə hərbi hissəni özbaşına tərk ediblər.

Hissənin komandanlığı araşdırmaya başlayıb. Hərbi polisin axtardığı fərarilər barəsində müvafiq maddə ilə cinayət işləri başlanacaq.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin