Ermənilər Zəngilanda min illik ağacları YANDIRIBLAR – FOTOLAR

Ermənistan Zəngilan rayonu ərazisində olan Bəsitçay Dövlət Qoruğu ərazisində xüsusi vəhşiliklər törədib.

KAİM.az xəbər verir ki, Ermənilər Zəngilan rayonunu işğal etdikdən sonra ərazidə 3000 ilə yaxın yaşı olan Xan Çinarı, qovaq və digər ağacları kəsib, ərazini yandırmaqla bitki örtüyünü məhv ediblər.

Bəsitçay qoruğundan ermənilər parket istehsalı üçün yüzlərlə ağacı kəsərək daşıyıblar. Qoruqda minillik ağacları kəsən ermənilər onların kötüklərini də torpaqdan çıxarmaqla kökünü kəsmək istəyiblər. Diametri 3 metr, yaşı 2000 il olan çinar ağacını kəsdikdən sonra isə kötüyünü xüsusi alışdırıcı maddələrlə yandırıb məhv ediblər. /trend/

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin