Erməni terrorçular Şuşa və Xocavənd ətrafında gizlənib – Ordu hərəkətə keçir / AÇIQLAMA

0
3

“Terrorçuların əlində zirehli texnika və ağır silahlar da var. Onlar Şuşanın cənubunda Çaylaqqala ətrafındakı dağlarda gizləniblər. Sülhməramlılar təcili onları qovmalıdır, əks halda Azərbaycan ordusu bunu edəcək”.

Bu sözləri Redaktor.az-a politoloq Zaur Məmmədov erməni terror qruplaşmalarının işğaldan azad olunan ərazilərdə təxribat törətməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Şuşa istiqamətində və bundan əvvəl isə Hadrut istiqamətində toqquşmanın baş verməsi təsadüf deyil:

“Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə, ölən və yaralananlar var. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfi adekvat addımlar atacaq. Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında oturduqlarını və əsl missiyalarının erməni qruplaşmalarının Qarabağdan çıxarılması olduğunu unutmamalıdır. Üçtərəfli bəyanatda da qeyd edilir ki, sülhməramlıların bölgəyə yerləşdirilməsilə eyni anda erməni hərbi birləşmələri torpaqları tərk etməlidir. Deməli, bu öhdəliyi sona qədər icra etmək lazımdır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin