Azərbaycanca-ermənicə danışıq kitabçası ÇAP EDİLİB-ƏTRAFLI

Bir neçə gün əvvəl Azərbaycanca-ermənicə danışıq kitabçası nəşr edilib.

KAİM.az Kult.az-a istinadən xəbər verir ki, müəllifi Baba Sədiyev olan kitab 16 kateqoriya olaraq hazırlanıb.

Kitabda “Tanışlıq”, “Dil bilmək, danışmaq”, “Məşğuliyyət növləri”, “Ailə, yaş”, “Müraciət formaları”, “Görüşmə, vidalaşma”, “Dəvət”, “Arzu, xahiş”, “Razılıq, təşəkkür”, “İnam, inamsızlıq”, “Müsahibin təklifinə razılıq, narazılıq, etiraz bildirmək”, “Məsləhətlər, təkliflər”, “Təsəlli, şəfqət”, “Telefon söhbəti”, “Yad (özgə) şəhərdə”, “Tanımadığımız adamlara müraciət” bölmələri yer alıb.

Qeyd edək ki, Danışıq kitabçası “Qafqazşünaslıq” ixtisası üzrə təhsil alan tələbə, magistranlar və bu sahədə ixtisaslaşmış şəxslər üçün nəzərdə tutulub.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin