Ermənilər Şuşanın girişindəki tankın yanına “soyqırım”la bağlı PLAKAT VURDU – VİDEO

33

Xankəndindəki separatçı-terrorçu rejimin və daşnak partiyasının tör-töküntüləri bu gün – aprelin 24də səhər saatlarında Rusiya hərbçilərinin nəzarətində olan əraziyə daxil olaraq Şuşanın girişindəki tank-abidənin yanına qondarma “soyqırım” günü ilə bağlı plakat vurublar.

KAİM.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılmış görüntülərdən bəlli olur ki, plakatın üzərində “Biz unutmuruq, biz tələb edirik, biz qayıdacağıq” şüarı yazılıb.

Xatırladaq ki, bəhs edilən tank 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı şəhid Milli Qəhrəman Albaert Aqarunovun vurduğu erməni tankıdır.
P.S. Yəqin, Rusiya sülhməramlılarının(?) bundan da xəbəri olmayıb… / moderator.az

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin