“Tədricən Xankəndiyə, Xocalıya, Əsgərana da…qovuşacağıq” – AÇIQLAMA

Ermənistanda “Hayastan” fondunun keçmiş sədri, Ermənistanın tanınmış ictimai xadimi Ara Vardanyan baş nazir Nikol Paşinyan və komandasını sərt tənqid edib. Bu barədə düşmənin yerli KİV-i yazıb:
“Paşinyan hakimiyyəti ermənilər üçün yox, türklər üçün işləyir. Müharibədən müəyyən bir müddət keçib. Düşünmək lazımdır ki, Azərbaycan və Türkiyə bizim düşmənimizdirmi? Geniş xalq kütləsi üçün bu cavab “bəli”dir. Amma təəssüf ki, hakimiyyət ermənilərə deyil, türk xalqına xidmət edir. Gələcək nəsillərə cavab verməli olacağıq”.

Vardanyanın sözügedən fikirləri Ermənistanda daxili vəziyyətin getdikcə ağırlaşdığını göstərir. Hakimiyyətdəkilər bir-birilərinə “quyu qazır” və eyni ilə orta əsrlədəki kimi taxt-tac uğrunda mübarizə aparırlar. Onsuz da gücləri ancaq elə özlərinə çatır. Həm də orta əsrlər görmədikləri üçün, ola bilsin, o dövrdən yaşamağa qərar veriblər.

Siyasi analitik Rusif Məmmədsoy Ermənistandakı daxili qarşıdurmaları və onun nəticələri barədə “Sherg.az”ın suallarını cavablandırıb:

– Bu xaotik vəziyyətin sonu nə olacaq?

– Hazırda Ermənistanda iki cəbhə var: “Qarabağ klanı” və Paşinyan tərəfdarları iqtidarın Rusiyanın vassallığından çıxmağa, müstəqil siyasət yeritməyə potensialı yoxdur. O, özünü Azərbaycanla, Ukrayna ilə, heç Gürcüstanla da müqayisə etməməlidir. İctimai rəyin fikrincə, Paşinyan yaxşı baş nazir, onun əsas rəqibi Vazgen Manukyan isə yaxşı namizəd deyil. Belə bir şəraitdə başqa siyasi fiqura ehtiyac var.

– Müharibə yenidən başlaya bilərmi?

– Bir çox sualın cavabı Azərbaycan və Ermənistan siyasi liderlərinin yanvarın 11-dəki görüşündən sonra məlum olacaq. Dövlət başçımız bir neçə dəfə qarşı tərəfə sərt mesaj verib. Ermənistan hakimiyyəti yaxşı başa düşür ki, Azərbaycanla bacarmaz və növbəti savaş onun üçün necə nəticələnər. Ermənistanın 30 ilə qurduğu istehkamları biz 44 günə dağıtdıq. Yəni Paşinyan müharibə istəmir. O, heç daxili təzyiqlə də növbətə savaşa getməz.

– Elə isə niyə təxribatlar törədir? Ermənistan xarici işlər naziri niyə Xankəndiyə gəlir?

– Paşinyan əslində çox çıxılmaz vəziyyətdədir. Baş nazir yaxşı başa düşür ki, bütün məsuliyyəti qondarma rejimin “başçısı” Araik Arutunyanın boynuna atmaq olmaz. Çünki özü onu həmin vəzifəyə təyin edib. Ermənistan rəsmisinin Xankəndiyə gəlməyi bir tərəfdən daxilə auditoriyaya hesablanıb. Digər yandan Paşinyan “Qarabağ klanı”na mesaj verir. O, Qarabağla əlaqənin kəsilmədiyini göstərmək istəyir.

– Ola bilərmi, rus sülhməramlılarının da fəaliyyətindən “ilham alırlar”?

– Əlbəttə. Çünki ruslar özbaşınalıq edirlər. Sülhməramlıların başçısı Rüstəm Muradovun bizim axtarışa verdiyimiz adamla ucaqlaşıb, səmimi foto çəkdirməsi özü çox şeyi sübut edir. Amma Rusiya Qarabağda qarşısında Türkiyəni görməlidir. Və Ankara faktorunu qəbul etməyəcəyi təqdirdə hansı acı məğlubiyyətə düçar olacağını anlamalıdır.

– Sizcə, 11 yanvarın görüşünün nəticəsi nə olacaq?

– Bunu dəqiq demək çətindir. Amma dövlət başçısı digər ərazilərimizin də qaytarılacağı mesajını verib. Biz tədricən Xankəndiyə, Xocalıya, Əsgərana da…qovuşacağıq. Ermənistanın növbəti müharibəyə gedəcəyinə inanmıram. Onu da deyim ki, bizim bilmədiyimiz məqamlar az deyil. 10 noyabr razılaşmasının naməlum tərəfləri də var.

– Ermənistandakı erkən parlament seçkiləri barədə nə düşünürsünüz?

– Paşinyan xalqın onu dəstəklədiyinə əmin olduğuna görə, erkən parlament seçkilərinə gedir. Əslində indiki məqamda bu siyasətçi bizə də sərf edir. Onsuz da hamısı eynidi. Onların reallığı dərk edən, yeganə prezidentləri Ter-Petrosyan idi. Onu da deyim ki, bütün günahları Paşinyanın boynuna atmaq da olmaz. Prezidentin dediyi kimi, biz həm də Sarkisyan-Köçəryan cütlüyünü cəzalandırdıq. Ermənistan tez-gec bütün səhvlərinin, cinayətlərinin cavabını verəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin