Konstantin Makiyenko: “Türk “Bayraktar”ı bəzi rus kişilərini özünə gətirdi”

0
3

Rusiya da daxil olmaqla bütün dünyada Qarabağ müharibəsi, gedişi və nəticələri fəal şəkildə müzakirə olunur. Azərbaycanın Ermənistan üzərində qələbəsinin əslində türk silahlarının ruslar üzərində qələbəsi olduğu barədə açıqlamalar eşidilir. Və bu müharibədə məğlub olan Ermənistan yox, Rusiya oldu. Bu ifadələr doğrudurmu? Qarabağ müharibəsi həqiqətənmi Rusiya ordusu üçün bir həyəcan siqnalıdr? Niyə hələ də pilotsuz hücum təyyarələrimiz yoxdur? Bu sualların cavabını  “MK” Analitik, Strateji və Texnologiyaların Təhlili Mərkəzinin (STTM) direktor müavini Konstantin Makiyenkodan soruşub.

– Sizcə, müharibədən sonra Türkiyə Azərbaycandakı hərbi varlığını artırdımı?

– Bəli, türklərin Azərbəycandakı varlığının kəskin dərəcədə artdığı çox açıqdır. Ancaq yalnız fiziki baxımdan deyil, həm də Ankaranın təsir imkanları artmış oldu. Üstəlik artan nüfuz və təsir indi Cənubi Qafqazda deyil, Orta Asiyada və Şimali Qafqazda və Volqa bölgəsindəki vəziyyətə təsir edəcəkdir. Hərbi varlığın və artan nüfuzun eyni anlayışlar olmadığını başa düşmək lazımdır.

Hərbi komponent ümumi gücün yalnız bir hissəsidir. Türkiyə həm varlığını, həm də təsir gücünü artırdı. Rusiya sadəcə bir varlıqdır. Ancaq diplomatiya və ordunun yaxşı işi nəticəsində Rusiyanın güclü bir kartı var. Həqiqətən Rusiyanın protektoratına çevrilmiş Qarabağın açarları indi Moskvada yatıb. Ümumiyyətlə, Rusiya diplomatiyasının hətta əlverişsiz şəraitdə də mümkün olan maksimum dərəcəni taparaq böhranlı vəziyyətlərdə çox yaxşı imkanı var. Bu geriyə baxanda SSRİ-nin dağılmasından sonra Rusiyanın postsovet məkanındakı təsirindən və cəlbediciliyindən doğur.

– Hamı Türkiyənin bu müharibədəki qələbəsindən danışır …

– Hər şeydən əvvəl Azərbaycan qazandı. İnandırıcı və mübahisəsiz qazandı. Həm sırf hərbi baxımdan, həm də siyasi, diplomatik, informasiya baxımından qazandı. Moskvadakılar da daxil olmaqla, Azərbaycanın nüfuz şəbəkələri və lobbiçiləri daha yaxşı işlədilər. Məşhur erməni diasporunun çox az təsirli olduğu ortaya çıxdı. Ancaq Türkiyənin iştirakı, əlbəttə ki, çox əhəmiyyətli və ya hətta həlledici idi. Bütün əməliyyat türk qərargahı tərəfindən planlaşdırılırdı. Əməliyyatın özündə türk zabitləri həm qərargah səviyyəsində, həm də birbaşa döyüş meydanında dəstək verirdilər. Türk aviasiyası erməni qoşunlarının radio rabitəsinin tıxanmasını həyata keçirirdi.

Ancaq, təkrar edirəm, bu, sadəcə daha çox mənbəyə – həm demoqrafik, həm də neft və qaz gəlirlərinə sahib olan və bu mənbələrdən kifayət qədər əsaslı istifadə etməyi bacaran Bakının böyük qələbəsidir.

– Bizim də neft və qaz məsələmiz yaxşıdır. Və ən azından fərziyyə olaraq, Çinin silahlı qarşıdurmada müttəfiqimiz olacağını düşünsək, o zaman çətin ki, heç kim qarşımızda dura bilməyəcək.

– Bəli, ancaq bu üçüncü dünya qarşıdurması olmayacaq. Bu, sadəcə dünya müharibəsidir. Və belə bir mövzu, inşallah, hələ aktual deyil. Ancaq Qarabağ müharibəsindən danışsaq, bəlkə də burada bizim üçün əsas nəticə üzdədir. Qalib ordunun saxlanılması və təchizatı mühüm siyasi hədəflərə çatmaq üçün lazımi zamanda istifadə edilə bilən dəyərli bir qaynaqdan asılıdır. Güclü və səmərəli bir ordu müasir bir dövlət üçün tamamilə vacibdir.

–  Bir vaxtlar hücum dronlarının yaradılmasına sərmayə qoymadığımız üçün indi nəinki ABŞ, hətta İsrail və Türkiyə də bizi keçdi. İndi türklər pilotsuz təyyarələrini həm Azərbaycana, həm də Ukraynaya satırlar.

– Bəli, texniki cəhətdən Qarabağ müharibəsi döyüş əməliyyatlarında əsas vasitə kimi dəqiq idarə olunan silahların əhəmiyyətinin artması təkamülünü göstərdi. Bu güc indi yalnız inkişaf etmiş ölkələrdə deyil, üçüncü dünya ölkələrində də kütləvi istifadə edilir.

– Yəqin həm də ənənəvi silah sistemlərindən ucuz olduğu üçün?

– Təbii. Əslində, yüksək effektivlikli silahların maliyyə səmərəliliyi artıq ağır texnikadan daha qənaətcil olub. Bundan əlavə, müasir texnologiyalar yüksək dəqiqlikli silahları miniatürləşdirməyə imkan verir və bununla da onları daha da ucuzlaşdırır.

– İstifadəsi ilə müharibələrin daha ucuz olacağını demək istərdinizmi? Bunun bir təhlükəsi var: müharibə nə qədər ucuz olarsa, döyüşmək istəyənlər də o qədər çoxdur.

– Bu meyl də izlənilə bilər. Dünyadakı sonsuz kiçik hərbi münaqişələr dövrünə qədəm qoyuruq. Və gələcəkdə canlı qüvvələrlə təchiz edilmiş silahların tamamilə yox olmasından danışa bilərik. Əslində Qərbdə artıq bu  baş verdi.

– Bu mənada Qarabağdakı müharibə hücum zamanı pilotsuz təyyarələrin əhəmiyyətinin artdığını göstərmədimi?

– Əlbəttə. Azərbaycan, əslində isə Türkiyə kiçik idarəolunan raketlərin və idarə olunan hava bombalarının daşıyıcısı olan nisbətən kiçik pilotsuz uçuş aparatı heyəti ilə döyüş əməliyyatları sahəsində effektiv hava üstünlüyü qurmağı bacardı. Pilotlu aviasiyanın köməkliyi ilə də bu nəticəni əldə etmək olardı. Ancaq bunun üçün daha çox vəsait lazım olacaqdı. Pilotsuz uçan aparatları nəinki ucuzdur. Eyni zamanda, pilotlu təyyarələrlə müqayisədə istismar xərci də çox azdır.

– Dronu itirməklə ordu az şey itirir. Nəinki pilotlu təyyarəni itirməklə. Birincisi, pilot insandır, ikincisi o pilotun mütəxəssis kimi hazırlanmasına dövlət çox böyük vəsait xərcləyir. Razısınızmı?

– Əlbəttə. Bir dronun itirilməsi həm siyasi, həm də psixoloji cəhətdən az itkidir. Deyilənə görə, kiçik ölçülü və yaxşı texniki xüsusiyyətlərə malik  pilotsuz təyyarələri hava müdafiəsi vaxtı pilotlu təyyarələrə nisbətən ayırd edib, məhv eləmək daha çətindir. Gəlin bunu da unutmayaq. Üstəlik  “kamikadze” pilotsuz təyyarələri ucuz olduğu qədər, həm də yüksək dəqiqlikli silah nümunələridir.

– Pilotsuz nəqliyyat vasitələri kəşfiyyat və hədəf təyinetmə sahəsində də bir addım irəli  getdi …

– Bu, belədir. Və bu, onların kütləvi yayılmasına səbəb olan ikinci vacib elementdir. Dron uzun müddət, bir kəşfiyyatçı olaraq döyüş sahəsinin üstündə durmaq qabiliyyətinə də malikdir. Bu isə döyüşə nəzarəti, hədəfi təyin etməyə və düşmənə dəqiq atəşlə zərər vurmaq imkanı verir.

Ancaq əsas odur ki, Qarabağ münaqişəsində insansız hava vasitələri təkcə kəşfiyyat, hədəf təyin etmə və yüksək dəqiqlikli silah daşıyıcılarına çevrilmədi. Bu müharibədə onların köməyi ilə ilk olaraq hava üstünlüyü quruldu.

– Bəs niyə rus ordusu, türk və ya İsraildən fərqli olaraq, bu silah seqmentində geri qaldı?

– Rusiya Silahlı Qüvvələrinin pilotsuz texnologiyaların tətbiqi və inkişafındakı geriləməsi ilk növbədə bəzi texnoloji səbəblərdən deyil, inkişaf prioritetlərinin müəyyənləşdirilməsindəki problemlərin nəticəsidir.

– Dəqiq! 15-20 il əvvəl bir mətbuat konfransında Hava Qüvvələri Komandanına sualımı  yaxşı xatırlayıram: niyə pilotsuz təyyarələrin inkişafında və xüsusən zərbə dronlarının yaradılmasında geri qalırıq? Buna tamamilə ciddi və qəribə cavab aldım: Bunlara nə ehtiyacımız var? Kifayət qədər təyyarə və pilotumuz var.

– Doğrudur. Bu fikirlər uzun müddət ölkəmizdə əsas faktor olub. Hərbi-texniki sahədə perspektivləri müəyyənləşdirmək üçün daxili sistemdəki qüsurlar illərlə uzandı və uzun müddət aradan qaldırılmadı.

– Bəli, sonra ordu rəhbərliyinə xeyli yeni insanlar gəldi. Amma yaxşılığa doğru heç nə dəyişmədi. Serdyukovun dövründə aviasiya məktəblərinə qəbul dayandırıldı. Pilotlar daha az idi. Lakin qoşunlarda hücum dronları qalmadı. Baş Qərargahda hamı mübahisə edirdi: pilotsuz təyyarələrə kim komandanlıq etməlidir – pilotlar, yoxsa yerüstü adamlar? Daha çox kimə lazımdır? Və məlum oldu ki, bu, heç kimə lazım deyilmiş.

– Bəli, Müdafiə Nazirliyinin tədqiqat və inkişaf işləri sistemində pilotsuz təyyarələrin inkişafı proqramları prioritet sayılmırdı. Və bu, geridə qalmağımız üçün çox vacib bir səbəb oldu. Hələ də o siyasətin acısını dadırıq. Pilotsuz təyyarələr üçün lazımlı sistemlərin (mühərriklər, optoelektronik sistemlər, idarəetmə sistemləri) yaradılması da daxil olmaqla, bu cür proqramlar üçün mərkəzləşdirilmiş xidmətlərarası idarəetmə orqanları, müvafiq siyasi və inzibati dəstək, bu sahədə səlahiyyət mərkəzləri yaratmaq üçün məqsədyönlü siyasət mövcud deyil.

Pilotsuz uçan aparatların yaradılması proqramları hələ də “başsız” qalır. Və bəzən olduqca zəif sənaye təşkilatlarının mərhəmətinə buraxılır. İndiki halda əlimizdə komponentləri xaricdən gətirilən yüngül kiçik aparatımız var.

– Amma Rusiya ordusu üçün hərbi texnikada idxal olunan komponentlərin istifadəsi qadağandır. Yəni hücum dronları üçün bu qadağa keçərli deyil?

– Bu günədək Rusiyada hələ şok dron yoxdur. Nisbətən yüksək səviyyədə olan kəşfiyyat vasitələrinin inkişafı da problemdir. On ildən çoxdur ki,  “Luç” 1980-ci illərdəki İsrail aparatlarının texniki səviyyəsində olan kifayət qədər sadə bir “Corsair” aparatının tətbiqi ilə məşğul olur. Kazanda ağır bir dron “Altair” yaratmaq proqramı var. Bu layihə də məhkəmə predmetinə çevrilib.

– Təəssüf ki … On il əvvəl, İsrailin “IAI” konserninin dron istehsalı ilə məşğul olan müəssisələrindən birini ziyarət etməli oldum. Bu şirkətdə məni ən çox təəccübləndirən o oldu ki, bu cihazları İsraildə istehsal edənlərin hamısı SSRİ-dən idi, rus dilində yaxşı danışırdılar. Belə çıxır ki, onları orada edə bildilər, amma burada yox?

– Bu məsələdə son irəliləyişi “Orion” orta aparatını bu il Silahlı Qüvvələrə təqdim edən “Sankt-Peterburq Kronstadt” şirkəti oldu. Ancaq bu da yeni deyil. Əslində bu Amerika “General Atomics Predator” dronunun analoqudur. ABŞ-da bu seriyanın istehsalı 1995-ci ildə başladı. Ştatların bir çoxunda artıq bu aparat istismardan çıxarılır. Yəni bu sahədə Amerikalı “ortaqlarımızdan” 20-25 il geri qalırıq.

– Bəs indi, xüsusən də Qarabağ müharibəsindən sonra bu boşluğu doldurmağa başladıqmı?

– Yetkinləşirik … Hələki, indiyə qədər daxili hərbi-siyasi dairələrdə pilotsuz uçuş aparatlarının yüksək dəqiqlikli silahlarla birləşərək müasir müharibələrin daha ucuz və daha qənaətli bir versiyasını hazırlamaqla bağlı dəqiq bir fikir yoxdur. Ancaq amerikalılar bunu çox tez və aydın başa düşdülər. İndi onlar Qarabağdakı müharibədən sonra “Bayraktar TB2” pilotsuz təyyarələrinin istifadə imkanlarını öyrənirlər.

Sensasiyalı türk “Bayraktar TB2” kimi olduqca sadə bir kəşfiyyat və döyüş aparatının on il əvvəl Rusiyada lazımi qaynaq və siyasi iradə ilə yaradıla bilməməsi ən azı biabırçılıqdır.

Bəlkə də  Qarabağ müharibəsində pilotsuz təyyarələrin istifadəsinin nümayişi Rusiyada pilotsuz proqramların istehsalına təkan verəcək.  Və nəhayət, bəzi rus kişilərini “özlərini gəlməyə” məcbur edəcəkdir.

“Moskovskiy komsomolets”, 5 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin