Səlim Müslümovun əsas “əsabəsi” də istintaqa çağırılıb – Fuad Əlizadənin vazkeçilməzliyi

0
6

2018-ci ildə fəaliyyətində ciddi korrupsiya əməlləri aşkarlanan ƏƏSM naziri Səlim Müslümov üzərindən 3 il keçdikdən sonra həbs olundu.

S.Müslümov nazir işlədiyi dövrdə korrupsiya əməllərinə bulaşdığı üçün DTX tərəfindən saxlanılıb.

Sözsüz ki, Səlim Müslümov haramxorluğunu təkbaşına etməyib. Onunla bərabər əlillərin, yetim-yesirin çörəyinə göz dikən “əsabələri” var idi. Bəs onların taleyi necə olub və ya olacaq?

Yəqin ki, bir çoxlarınızı narahat edən bu suala dəqiq cavabı vermək bizim bilməyəcəyimiz mətləblərdəndir. Biz bildiyimiz isə odur ki, 2018-ci ildə Səlim Müslümovun cəzalandırılması onun “əsabələrinə” o qədər də təsir etməyib.

Səlimov Müslümovun zahirən ən ciddi “əsabəsi” ədəbi mühitdə Ol təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevdir. Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilən Sahil Babayev kreslosunu sələfindən təhvil alan kimi gördüyü ilk iş Əjdər Olu vəzifədən uzaqlaşdırmaq oldu. Yetim-yesirin haqqını yeyə-yeyə əsərlərində elə həmin yetim-yesir üçün göz yaşı töküb qan ağlayan şair-publisistin bundan sonrakı taleyi, nə yazıq ki, bizə bəlli deyil. Amma Səlim Müslümovun elə bir vazkeçilməz “əsabəsi” var ki, himayədarının aqibəti onun tükünü belə tərpətməyib. Əksinə, Səlim Müslümovdan sonra bu “əsabə”nin qarşısında tamamilə başqa bir idarədə daha geniş perspektivlər açılıb. Bəli, söhbət Səlim Müslümovun “qara kassası” və bacısının kürəkəni kimi tanınan Fuad Əlizadədən gedir.

Maraqlıdır ki, “dayısı” ilə bərabər ƏƏSMN-dən işdən uzaqlaşdırılmasının üzərindən 6 ay keçməmiş Fuad Əlizadə Gömrük Komitəsində yeni vəzifəyə təyin olunub. Üstəlik, yeni vəzifə “dayı” himayəsindəki işindən heç də aşağı vəzifə deyil. ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə rəis təyin olunan Fuad Əlizadəni hansı keyfiyyətinə görə bu cür sıçramasına şərait yaradıblar, yəqin ki, bu sualın ən düzgün cavabını ancaq gömrük generalı Səfər Mehdiyev bilir. Görünür, Fuad Əlizadənin ƏƏSMN-də qazandığı təcrübəni Dövlət Gömrük Komitəsinə daşıması general Mehdiyevə hava-su kimi lazım imiş.

Bəs bu təcrübə nədən ibarətdir?

Gəlin, ən yaxşısı, 2018-ci ildə qələmə aldığımız bir yazıdan bəzi məqamlara ötəri bir nəzər salaq.

“Əldə etdiyimiz məlumata görə, yeni nazirin (Sahil Babayev) qələmini qıracağı gözlənilən ikinci şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ola bilər.

Bildirilir ki, Fuad Əlizadə keçmiş nazir Səlim Müslimovun bacısının kürəkənidir. Daydayısının bütün qara işlərini və xaricdəki biznesini idarə edən Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb və ingilis dili ixtisasına yiyələnib…

2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini alıb.

2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunub. Maraqlıdır ki,  bu vəzifəyə təyin olunandan sonra Fuad Əlizadənin ikinci təhsilini almaq istəyi ortaya çıxıb. O, bu dəfə meylini başqa xarici dil öyrənməyə deyil, iqtisadiyyata salıb və 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində oxuyub. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir.

Heç bir hüquqi savadı olmamasına baxmayaraq, 2005-ci ildən etibarən Fuad müəllimin sorağı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentindən gəlib. O, bu departamentdə audit sektorunun müdiri vəzifəsində çalışıb və vəzifəsini 2013-cü ilə qədər davam etdirib.

2013-cu ildə isə “daydayısı”nın yanında gözlənilməz zirvələr fəth etməyə başlayan Fuad Əlizadə həmin ilin 14 noyabrında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. Üzərindən 5 ay keçməmiş isə bir az da böyüyüb. Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə keçib və dayısı vurulana qədər o vəzifədə çalışıb.

Dövlət qulluğu baş müşaviridir.

Məlumatlı mənbənin bildirdiyinə görə, Fuad bütün bu yüksəlişinə görə daydayısı Səlim Müslimova borcludur. Səlim Müslimovun köməkliyi ilə 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalıyla da təltif olunub. Görünür, “qara kassa” işini yaxşı mənimsədiyi üçün bu yüksək titula layiq bilinib.

Səlim Müslimovun daxili və xarici biznesinə nəzarət etməsi Fuad Əlizadəni xeyli inkişaf etdirib. Onun Bakının ən təmtəraqlı məkanlarında evləri, bahalı maşınları var”.

Fuad Əlizadənin dayısından daha bərk qabıqlı çıxması onu göstərir ki, Azərbaycan hakimiyyətində bu cür əvəzedilməz “əsabə”lərə hələ ciddi ehtiyac duyulur.

Yazı çapa hazırlanarkən Gömrük Komitəsindəki etibarlı mənbələrdən aldığımız son dəqiqə məlumatına görə, bu gün günortaya yaxın saatlarda Fuad Əlizadə də istintaqa çağırılıb. Deyəsən, “dayı” ilə “bacı oğlu”nun üzləşməsi zərurəti yaranıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin