İrəvan marketləri TÜRK meyvələri ilə DOLUB-Millətçilər ALMIR, çoxunun isə VECİNƏ DEYİL

0
5

Ermənistanda 31 dekabr 2020-ci ildən etibarən türk mallarının idxalına qoyulan 6 aylıq  qadağa aqoyuldu. Kaim.az xəbər verir ki, müvafiq qətnamə, keçən il oktyabr ayının sonunda respublikanı hökuməti tərəfindən Türkiyənin Dağlıq Qarabağa qarşı müharibəyə cəlb edilməsinə görə   qəbul edildi.

Erməni mediası yazır:

“TÜRK MALLARININ İDHALI ÜZRƏ MƏHDUDİYYƏTLƏR, ilk növbədə, Azərbaycanın  Artsaxa qarşı başlatdığı hərbi- əməliyyatlarını Türkiyənin açıq şəkildə dəstəklədiyini təsdiqləyən faktları nəzərə alınaraq verildi.

Yanvar ayında fərman ala-babat icra edilirdisə , indi vəziyyət dəyişdi. Supermarket piştaxtaları  türk portağal, naringi, limon və pomidorla doludur.

Komitas prospektindəki “Yerevan-City” supermarketində meyvə və tərəvəz hissəsində türk etiketli bir neçə növ naringi və limon gördük. Sualımıza, qadağan fərmanı ilə əlaqədar olaraq şöbə müdiri sözün əsl mənasında belə cavab verdi: “Kim bunların türk olduğunu sizə söylədi? Etiketlərə fikir verməyin, bütün sitrus meyvələri Yunanıstandan və İrandan gətirilib.”

Erməni jurnalist qeyd edir ki, bəziləri milli hisslərə görə bu meyvələri almır. Əksəriyyətinin isə vecinə deyil.

İlqar Atayev

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin