İkinci Qarabağ müharibəsinə aparan yol – İlham Əliyevin hücum siyasəti

2020-ci il ərzində Ermənistan sülh prosesini məqsədyönlü şəkildə pozmağa davam etdiyinin bütün dünya şahidi oldu.

KAİM.az Sfera az-a istinadən xəbər verir ki, Ermənistanın məqsədi işğallabağlı status-kvonu qorumaq və həmin ərazilərin ilhaqına nail olmaq idi. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdırdı.

“2019-cu ildə Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu”

2020-ci ildə qondarma rejimdə “seçkilər” təşkil edildi və qondarma rejimin “başçısı”nın inauqurasiya mərasimi Şuşada keçirildi.Bundanəlavə, elan edildi ki, qondarma “parlament” Şuşaya köçürüləcək.

Ermənistanın baş naziri mülki şəxslərdən ibarət silahlandırılmış könüllü dəstələrinin yaradılmasını elan etdikdən sonra Ermənistanın müdafiə nazirinin ABŞ-da səfərdə olarkən “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışına şahidlik etdik. Düşmən tərəf bununla da təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmiş oldu.

“Bütün bu təxribatçı addımlarla Ermənistan rəhbərliyi Azərbaycan xalqının heysiyyəti ilə oynayırdı…”

Ermənilər tərəfindən işğal olunmuş ərazilərdə cari il ərazində aparılan qanunsuz məskunlaşdırma siyasəti daha da gücləndi. Sosial şəbəkələrdə Livandan olan ermənilərin Şuşada yerləşdirilməsi haqqında geniş məlumatlar yayıldı. Qeyri-qanuni məskunlaşdırma siyasəti ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozmuş hesab edildi.

“Prezident İlham Əliyev Paşinyanı dünya ictimaiyyəti qarşısında məğlub vəziyyətə salıb…”

15 fevral tarixində keçirilmiş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Paşinyanla debatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi və hüquqi arqumentlərə əsaslanaraq Ermənistanın mövqeyini darmadağın etdi və Paşinyanı dünya ictimaiyyəti qarşısında məğlub vəziyyətə saldı.

18 iyun tarixində ölkə başçısı Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitində çıxışı zamanı Ermənistanın danışıqların mahiyyətini və formatını məhv etməsi məsələsini xüsusilə qabartdı.

“İyul hadisələri diqqəti yayındırmaq üçün idi…”

İyulda isə Ermənistan dövlət sərhədi istiqamətində hərbi təxribata əl atdı. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsindən diqqəti yayındırmaq, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi.

Lakin Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Tovuz hadisələri zamanı bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəklədilər.

Prezident son sözünü dedi: “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”

İyul hadisələrindən sonra daha da azğınlaşmış Ermənistanın baş naziri Azərbaycana qarşı yeddi şərt irəli sürdü. Prezident İlham Əliyev bu şərtləri rədd etdi və yalnız bir şərtinin olduğunu vurğuladı: “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.

Özünü cəzasızlıq mühitində hiss edən Ermənistan isə təmas xətti boyunca əlavə hərbi qüvvələr yerləşdirirdi. Avqustda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etdi. 24 sentyabr tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etdi.

Sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ Müharibəsinin nəticələri isə artıq göz önündədir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin