“Ermənilər mətbəxtə tut arağından vurub gileylənir, çöldə səsləri çıxmır”

0
5

Ermənistanın müxalifyönlü “Lragir.am” saytında son hadisələrlə bağlı maraqlı yazı dərc olunub.

Paşinyana loyal olan KİV-lərdən və rusiyapərəst müxalifətdən tam fərqli fikirlər səsləndirilib.

Kaim.az həmin yazını ixtisarla təqdim edir:

“ Rusiya, Türkiyə, Azərbaycan KİV-ləri Fransa, Belçika parlamentləri tərəfindən Artsaxın tanınması haqda bir kəlmə danışılmır. Bu da aydındır.

Ancaq bu proses barədə erməni mətbuatı,Xarici İşlər Nazirliyi susursa buna xəyanət də demək olmur. Bu özünə hörmət etməməkdir.

Ermənistanda da, Artsaxda da 9 noyabrdan sonra özlərini elə aparırlar ki,sanki qorxulu heç nə olmayıb.

Əsirləri qaytaracayıq,ölənləri basdıracayıq vəssalam. Müharibə daha kimsənin yadına düşməyəcək.

Artsaxda Şoyqu və Putinin nəzarəti ilə dağılmış yerlər bərpa olur. Ermənistanda Paşinyanı hələ ki, xalq devirə bilmir və s.

Müharibənin nəticəsinə isə kimsə etiraz etmir.Heç bir siyasi qüvvə. Rusiya və Türkiyə Ermənistan və Artsaxı bölüşdürür.

Deyirlər artıq Kreml Paşinyana dəstək verir. Rusiya Artsaxdan qalanı özəlləşdirib. İndi isə Ermənistanı Rusiya Belorusiya İtifaqına birləşdirmək istəyir.

Putinin torpaq “toplamaq” həvəsi Ermənistana da toxuna bilər.

 

ODKB toplantısında yeni xarici işlər nazirimiz Ara Abramyan Artsaxın tanınması haqda bir kəlmə danışmadı.

Nə baş verdiyini hamı bilir. Bu haqda evdə mətbəxdə tut arağı vura-vura danışırlar.Amma çöldə kimsə dinmir.”

Tərcümə İlqar Atabəyli

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin