ŞAD XƏBƏR: Boksçumuz erməni rəqibinə QALİB GƏLDİ

0
3

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

KAİM.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin üzvü Əli Zamanov ilk döyüşünü keçirib.

52 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionumuz ermənistanlı Ruben Qarboyanla (Ermənistan) üz-üzə gəlib.

Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş aprelin 15-də baş tutacaq.

Qeyd edək ki, yığmamız 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq. / apa

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin