Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü – FOTO

0
4

Beynəlxalq Şahmat Federasiyası (FIDE) indiyədək 2 800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb.

FİDE-nin məlumatına görə, 13 nəfərlik siyahıda Şəhriyar Məmmədyarov (2820) yer alıb.

Bu şahmatçılardan yalnız 5-nin – Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.

Digər tərəfdən, 13 nəfərin 5-i – Karlsen, Kasparov, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) dünya çempionluğunu qazanıb.

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədyarov “Tarixin bir hissəsi olmaq özəldir!” yazıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin