Oyunun 6-cı saniyəsindəki qol FUTBOL GÜNDƏMİNİ ZƏBT ETDİ-VİDEO

0
3

“Milan” klubunun portuqaliyalı forvardı Rafael Leau İtaliya futbol çempionatı tarixinin ən tez qolunu vurdu.

KAİM.Az Trend-ə istinadən bildirir ki, 13-cü turun “Sassuolo” ilə səfər matçinda Leauya topu rəqiblərinin qapısından keçirməyə oyunun başlamasından 6.4 saniyə bəs etdi.

Əvvəlki rekord “Piyaçenza”nı təmsil edən italiyalı Paolo Poggi tərəfindən qoyulub. 2001-ci ildə Poggi “Fiorentina”ya qarşı matçda start fitindən 8,9 saniyə sonra qol vurub.

FK “Milan” 12 matçdan sonra 28 xalla İtaliya liqasında birinci yerdədir

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin