Neymarla PSJ arasında razılıq əldə olunub

PSJ klubu hücumçusu Neymarla yeni müqavilə ilə bağlı razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə “sambaçı”nın özü məlumat verib.

29 yaşlı futbolçunun yeni müqaviləyə əsasən illik 30 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə transfer edilib və onun cari müqaviləsi 2022-ci ilə qədərdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin