Messidən maraqlı açıqlamalar: “Barselona“dan gedir?

0
4
“Barselona”nın kapitanı Lionel Messi Kataloniya klubuna olan sevgisindən danışıb.
Argentinalı hücumçu bununla bağlı “La Sexta”ya açıqlamasında deyib:
“Barselona”nı sevirəm, bu komanda mənim həyatımdı. “Barselona” ilə bir sevgi hekayəmiz var, klub mənə hər şeyi verdi. Başa düşürəm ki, klub indi çətin dövr keçirir, çətindi. Bir vaxtlar fəth etdiyimiz yüksəkliklərə qayıtmaq bizim üçün çox çətin olacaq”.
Messi karyerası ilə bağlı gələcək planlarından danışıb. 33 yaşlı hücumçu heç bir klubla danışıq aparmadığını və mövsümün sonuna qədər heç nəyin aydın olmadığını bildirib:
“Gəlin görək bundan sonra nə olacaq. “Barselona”dan ayrılıb-ayrılmayacağımı bilmirəm. Bu barədə mövsümün sonunda danışacağıq. Ancaq karyeramı bitirdikdən sonra klubda qalacağıma ümid edirəm”.
Ulduz futbolçu “Real” və “Atletiko”da çıxış etməyin mümkünsüz olduğunu sözlərinə əlavə edib:
“Nə vaxtsa ABŞ çempionatında oynamaq istəyirəm. Bu, mənim arzumdu. Ancaq gerçəkləşəcəyini bilmirəm”.
Qeyd edək ki, Messi yayda “Barselona”nı tərk etmək istəsə də, klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb. (azfakt.com)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin