Məşhur Azərbaycan klubu Braziliyalı hücumçu ilə yollarını ayırdı

0
3

“Zirə” klubunda ilk ayrılıq rəsmiləşib.

KAİM.az klubun rəsmi saytının məlumatına istinadla xəbər verir ki, Bakı təmsilçisi Kayo Rangel ilə yollarını ayırıb.

Braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.

Qeyd edək ki, vaxtı ilə Braziliyanın 14 və 17 yaşadək yığmalarında, həmçinin İtaliya A Seriyasında “Kalyari”də oynamış 24 yaşlı forvard “Zirə” ilə avqustun 16-da 1+1 illik müqavilə imzalamışdı. Lakin o, Azərbaycan Premyer Liqasında cəmi bir oyuna çıxa bilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin