Levandovski, Ronaldo və Messinin kimə səs verdiyi bilindi

İlin ən yaxşı futbolçu mükafatına iddiaçı olan 3-lüyün kimə səs verməsi açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Robert Levandovski (Polşa, “Bavariya”), Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”) və Lionel Messi (Argentina, “Barselona) millinin kapitanları kimi səs veriblər.

Mükafatın sahibi olan Levandovski  özünə və əsas rəqiblərinə səs verməyib. O, Tyaqo Alkantaranı 1-ci, Neymarı 2-ci, Kevin de Brüyneni 3-cü yerə layiq bilib.

Ronaldo iki əsas rəqibini ilk iki sıraya layiq bilib. Levandovskini 1-ci yerdə görən portuqaliyalı Messini 2-ci göstərib. O, üçüncü sıranı Killian Mbappeyə verib.

Messi isə Neymarı 1-ci, Mbappeni 2-ci, Levandovskini 3-cü hesab edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin