Doqquz futbolçu və bir məşqçi qəza nəticəsində öldü

Sierra Leonedə “Makkari” komandasının 9 futbolçusu və 1 məşqçisi yol qəzası nəticəsində vəfat edib.

KAİM.az xəbər verir ki, hadisə Bombali bölgəsində baş verib.

Batkanu şəhərindən Makeniyə qayıdan komandanın yer aldığı mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Ölənlərdən əlavə, 20-dən çox oyunçu hadisə nəticəsində xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır.

FIFA və ali futbol qurumunun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin