David Alaba Real Madridə keçir

“Bavariya” nın 28 yaşlı avstriyalı müdafiəçisi David Alaba, pulsuz transfer ilə gələn yay “Real Madrid”ə keçməsinin son təfərrüatlarını razılaşdırdı.

Kaim.az xəbər verir ki, bu barədə İspaniyanın “Marka” nəşri xəbər verir. Alaba, gələn mövsümdən əvvəl ilk olaraq Kral Klubuna imza atacaq. Oyunçu, 1 yanvar 2021-ci ildən etibarən hər hansı bir klubla danışıqlar aparmaq fürsətini qazanıb. “Real Madrid” fürsətdən tez bir zamanda istifadə etdi və avstriyalı ilə yayda qüvvəyə minəcək 11 milyon avro maaş ilə 4 illik müqavilə bağladı. Futbolçunun artıq “Real Madrid” klubu həkiminin iştirakı ilə müvafiq tibbi müayinədən keçdiyi qeyd olunur. David, demək olar ki, karyerası boyunca “Bayern Münihin” rənglərini qoruyub. Bu mövsüm avstriyalı futbolçu Almaniya Bundesliqasının 13 matçında iştirak edib və 1 qol vurub. Alabanın Münhen klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin yayına qədər davam edəcək.

İlqar

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin