Azərbaycan güləşçisi ermənini məğlub etdi

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

Yenisabahaz-ın məlumatına görə, bu gün 57, 70, 74, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Azərbaycan güləşçisi Əhmədnəbi Qvarzatilov 1/8 finaldan mübarizəyə başlayıb. 61 kq çəki dərəcəsində çıxış edən güləşçimizin ilk rəqibi Fransa ermənisi Arman Eloyan olub.

Dünya Kubokuna uğurla başlayan təmsilçimiz erməni rəqibini 9:5 hesabı ilə məğlub edib. Bununla da Əhmədnəbi 1/4 finala yüksəlib. Erməni isə medal qazanmaq üçün Azərbaycan idmançısına azarkeşlik etməlidir. Çünki təmsilçimiz finala yüksəlsə, Eloyan təsəlliverici mərhələdə güləşmək hüququ qazanacaq.

Qeyd edək ki, 1/4 və 1/2 final mərhələsi bu gün, həlledici qarşılaşmalar sabah baş tutacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin