Əsrin transfer iddiası: Ronaldu “Barsa” ilə danışıqlara başladı

“Mançester Yunayted”in ulduzu Kriştianu Ronaldu klubunu dəyişmək niyyətindədir.

Haqlı.az xəbər verir ki, komandasının Premyer Liqadakı oyunundan və baş məşqçinin fəaliyyətindən narazı qalan portuqaliyalı ulduz əsrin transferi adlandırıla biləcək addımı atmağın astanasındadır.

Belə ki, futbolçunun “Mançester Yunayted”də birlikdə çıxış etdiyi keçmiş komanda yoldaşı Jerar Pike ilə əlaqə saxlayaraq “Barselona”ya transfer olmaq istədiyi bildirilir. Ronaldu Pikenin köməyi ilə baş məşqçi Xavi ilə də danışıb. Xavinin də Ronaldunun komandasına fayda verəcəyini düşündüyü bildirilir.

Artıq Kriştianu Ronaldunun meneceri Xorxe Mendesin “Barselona” Prezidenti J.Laporta ilə danışıqlara başladığı qeyd olunur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin