Rafael Ağayevin ayağı sındı: Dünya çempionatında iştirak etməyəcək – VİDEO

244

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Haqlı.az-ın xəbərinə görə, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.

Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin