Azərbaycan qılıncoynadanı ölkəmizə 20-ci olimpiya lisenziyasını QAZANDIRDI

25

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarına 20-ci lisenziyasını qılıncoynadan Anna Başta qazanıb.

KAİM.az-ın məlumatına görə, idmançı İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin həlledici final görüşündə alman sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust – 5 sentyabrda keçiriləcək. / trend

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin