“Yaponçik” cinayəti ilə bağlı yeni açıqlama

Yaponçik adı ilə tanınan kriminal avtoritet Vyaçeslav İvankovun qətlinin səbəbi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsi rəhbərinin müavini Rostislav Rassoxov bu barədə “Kommersant” qəzetinə verdiyi müsahibəsində danışıb. Rostislav Rassoxov bildirib ki, Vyaçeslav İvankovun qətlini təşkil edən digər bir kriminal avtoritet İli Simoni olub. Yeni açıqlanan məlumatda qeyd olunur ki, hər iki cinayətkar qrupun rəhbəri arasındakı qarşıdurma 80-ci illərdə başlayıb. İli Simoni isə hazırda beynəlxalq axtarışdadır.
Qeyd edək ki, Vyaçeslav İvankov 28 iyul 2009-cu ildə Moskvada restorandan çıxarkən snayperlə vurulmuşdu.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin