Bakının Sabunçu rayonunda baş verən yanğın söndürülüb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 102 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının yanar konstruksiyaları 12 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin