Bakıda türmədə alçaldıldığını deyərək özünə böhtan atan OĞRUBAŞI KİMDİR?

1965-ci ildə Amerika Birləşmiş Ştatlarında yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün tibbi sığorta milli proqramı tətbiq edilib. “Medicare” adlanan bu proqram yaşlı insanların müalicə xərclərini öz üzərinə götürüb. Sadə və anlaşılan dildə izah etsək, yaşı 65-dən yuxarı olan ölkə vətəndaşlarının tibb müəssisələrindəki müalicə xərcləri, evdə onlara göstərilən xidmətlər, o cümlədən dərman preparatlarının alınması üçün lazın olan vəsaitlər “Medicare” tərəfindən ödənilib. Yəni, pasiyent tibbi xidmət aldıqdan sonra müalicə müəssisəsi xidmət haqqını əks etdirən sənədi və hesab nömrəsini “Medicare”yə təqdim edib və göstərilən məbləğ həmin müəssisənin hesabına köçürülüb.

“Medicare”nin büdcəsi vergilərdən, üzvlük haqlarından, ianələrdən, bir qismi isə dövlət büdcəsindən formalaşıb. Proqramın tətbiqi ABŞ-ın sosial həyatında uğurlu bir addım kimi qiymətləndirilib.

1a652b3f601be1cf35251787a5a51beb.jpg (50 KB)

Milyonlarla ABŞ vətəndaşının dəstək verdiyi və milyonlarla yaşlı insanın qayğı gördüyü “Medicare” 2000-ci illərin əvvələrində hüquq-mühafizə orqanlarının şübhəsi altına düşüb. Belə ki, “Medicare”nin fəliyyətində bir-birinin ardınca maliyyə maxinasiyaları aşkar edilib. Ancaq uzun müddət bu maxinasiyaların “müəlliflərini” müəyyən etmək mümkün olmayıb. Yalnız 2010-cu ildə “Medicare”dən milyonlarla pul çəkənlərin kimliyi aydın olub.

İstintaq araşdırmaları zamanı məlum olub ki, bu illər ərzində cinayətkar dəstə böyük “ustalıqla” saxta sənədlər düzəldərək “Medicare”dən nə az, nə çox, 163 milyon dollar pul əldə ediblər. Dəstənin rəhbəri isə Amerikada yaşayan Pzo ləqəbli Armen Kazaryan olub.

Armen Kazaryan kimdir?

pzo.jpg (68 KB)

Əslən Bakıdan olan Armen Kazaryan 1964-cü ildə anadan olub. Gənc yaşlarından kriminal aləmdə fəallığı ilə fərqlənib. 1991-ci ildə Rostovda “qanuni oğru” titulunu alıb. Buna qədər o, bir neçə dəfə həbsxana həyatı yaşayıb. Armen Kaziryan silah, narkotik, qiymətli metallar alveri, adam oğurluğu və qarətlərlə məşğul olub. Cinayət aləmində ona Aslan Usoyan (Ded Xasan) hamilik edib. Armen Kazaryan Robert Koçaryan və Serj Sarkisyanla dostluq münasibətində olub. 1996-cı ildə “oğru dünyası”nın qanunlarını pozduğuna görə Rostovda bir-birinin ardınca ona olunan sui-qəsd cəhdlərindən sonra o, Amerikaya gedib, Los-Ancelesdə məskunlaşıb. Həmin şəhərdə Armen Kazaryan, üzvləri əsasən ermənilər olan böyük cinayət dəstəsi yaradıb. Keçmiş SSRİ-dən ABŞ-da olan kriminal avtoritetlərin liderliyinə iddialı olub. Kazaryanın dəstəsi ABŞ-da narkotik dövriyyəsindən, adam oğurluğundan, qarətlərdən əldə etdiyi böyük məbləğlərin bir qismini Ded Xasana ötürüb.

Armen Kazaryan Los-Ancelesdə dəyəri 600 min dollar olan iqamətgaha, qiyməti 100 min dollarla dəyərləndirən bir neçə avtomobilə sahib olub. O, həm də kriminal aləmdə kazinoda bir gecədə bir milyon dollar uduzmağı ilə də yadda qalıb.

255022_res_01.jpg (52 KB)

Armen Kazaryan büdcəsini zənginləşdirmək üçün bütün vasitələrə, ən qatı cinayətlərə belə əl atıb. Bu cinayətlərdən biri də yuxarıda qeyd etdiyimiz “Medicare” ilə bağlı olub. Bu işə Armen Kazaryan 300 nəfərə yaxın adam cəlb edib. Belə ki, onlar ABŞ-da “Medicare” ilə işləyən həkimlərin şəxsi məlumatlarını əldə ediblər, daha sonra tibbi xidmətə ehtiyacı olan minlərlə yaşlı insanların məlumatları əldə olunub. ABŞ-ın 25 ştatında kağız üzərində 118 klinika açılıb. Şəxsi məlumatları əldə olunan həkimlər həmin klinikalarda qeydiyyata salınıb, minlərlə yaşlı pasiyent isə həmin klinikalarda “tibbi yardım alıb”. Əslində isə nə tibbi xidmət olub, nə də tibbi yardım alan. Hamısı kağız üzərində öz əksini tapıb və həmin sənədlər “Medicare”yə təqdim olunaraq böyük pullar əldə olunub. Mexanizm o qədər dəqiq işlənilib ki, uzun illər bu maxinasıyadan heç kim xəbər tutmayıb.

Dəstə üzvləri 2010-cu ildə ələ keçib. 300 nəfərdən artıq adam istintaqa cəlb olunub, onlardan 70 nəfəri (əsasən ermənilər) müxtəli cəzalara məhkum ediliblər. O cümlədən dəstənin başçısı kimi Armen Kazaryan da müttəhimlər kürsüsündə əyləşib. ABŞ qanunlarına görə, törətdilən cinayətlər üçün dəstə başçılarına75 il iş düşüb. Armen Kazaryanı bu ağır cəzadan ABŞ-ın tanınmış vəkillərindən sayılan, milliyətcə erməni olan Mark Qeraqos xilas edib.

Armen Kazaryanın məhkəməsində maraqlı məqamlar üzə çıxıb. O sübut etməyə çalışıb ki, heç bir kriminal dəstəyə başçılıq etmir və “qanuni oğru” statusunda olduğunu da danıb. Kazaryan bildirib o, ABŞ-a qaçqın statusunda gəlib. Qeyd edib ki, onun atasını 1990-cı ildə Bakıda yandırıblar. Bu hadisədən sonra o, 1993-cü ildə atasının qəbrini axtarmaq üçün Azərbaycana gedib. Bakıda onu tutublar. “Qanuni oğru” onu da etiraf edib ki, bir ay ərzandə saxlandığı kamerada onu “alçaldıblar”. Bu etiraflar sonralar “oğru dünyasında” birmənalı qarşılanmayıb, Kazaryanın “qanuni oğru” titulunu danması və Bakıda “alçaldılması” şərəfsizlik kimi qiymətləndirilib. Amma məhkəmənin araşdırmasından sonra rəsmi şəkildə aydın olub ki, Kazaryan atası hadisələr zamanı Bakını tərk edib, hazırda Moskvada yaşayır və bir neçə ərzaq mağazasının sahibidir.

vor-2.jpg (60 KB)

Armen Kazaryan vəkilinin diktəsi ilə “Medicare” işi ilə bağlı ittihamları qəbul etməyib. O, yalnız bir reketlik faktı ilə törətdiyi cinayət əməlini etiraf edib. Beləliklə də, Armen Kazaryan 163 milyonluq maxinasiyadan yayına bilib. Məhkəmə ona 37 ay həbsxana cəzası və 60 min dollar cərimə hökmünü verib.

Qeyd edək ki, ABŞ-da, xüsusilə də Kaliforniya ştatında erməni kriminal ünsürlər Amerika cəmiyyətinə kifayət qədər ciddi ziyanlar vurub, ağır cinayətlər törədiblər. Bununla bağlı saysız-hesabsız rəsmi faktlar sadalamaq olar. Bu gün də Amerikada erməni cinayətkarlığı davam edir. Yəqin ki, bu yaşına qədər siyasətdə “onlayn” olan Co Bayden də bu faktlardan xəbərdardır. Belə olan halda ABŞ prezidentinin erməni təəssübkeşliyi yalnız təəssüf doğurur və onun siyasi şəffaflığı şübhə altına düşür.

İlham Cəmiloğlu,

Musavat.com

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin