“Qanuni oğru” aeroportda qalmaqal yaratdı: İntihar edəcəyi ilə hədələyir

33

Gürcüstandan olan “qanuni oğru” Mindiya Qoradze Odessada saxlanılıb.

Kaim.az  xəbər verir ki, kiminal aləmdə “Lavasoğlu” ləqəbi ilə tanınan “oğru” Odessaya Minskdən gedib. Onun üzərində şəxsiyyətini təsdiqləyən sənəd olmayıb. Buna görə də onun Ukraynaya daxil olmasına icazə verilməyib və Belarusa qaytarılması barədə qərar verilib.

Məlumata görə, təyyarə yerə enənə kimi və ondan sonra Lavasoğlu ictimai asayişi pozmağa başlayıb.

Lavasoğlunun geri göndərilməsi nəzərdə tutulan təyyarənin ekipaj komandiri onu Minskə aparmaqdan rəsmən imtina edib və bundan sonra onu Odessada beynəlxalq aeroporda gözləmə zalında saxlayıblar. İki şəhər arasında növbəti təyyarə reysi 4 yanvara axşam saatlarına planlaşdırılıb. “Qanuni oğru” bu reyslə geri göndəriləcəyi təqdirdə damarlarını kəsərək intihar edəcəyi ilə hədələyib.


Cebhe.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin