Xocalı soyqırımını neçə ölkə TANIYIB? – SİYAHI

İslam Konfransı Təşkilatına daxil 7 olan ölkə Xocalı soyqırımını rəsmi olaraq qəbul edib.

KAİM.az xəbər verir ki, bu sözləri Milli Məcisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov deyib.

Akademikin sözlərinə görə, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanıyıblar:

“Habelə ABŞ-ın artıq 21 ştatı – Massaçusets, Texas, Nyu Cersi, Meyn, Nyu Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin