“Vestnik Kavkaza”: Münaqişənin bitməsinə kim və nə mane olur? – SENSASİON FAKTLAR

Erməniləri “dənizə dənizə qədər bir əraziyə sahib olan qədim xalq” (Qara dənizdən Xəzərədək, yəni bütün Qafqaza) elan edən Balayan kitabında azərbaycanlıları məbədləri və kitabələri dağıdan “vəhşi köçərilər” adlandırmşdı. Guya Qafqazın bütün tarixi irsi erməni dilində yazılıbmış, ancaq türklər bu xəzinələri qarət edib yandırıblar. Nəticədə ermənilər “tarixi miraslarından məhrum olublar”. Hətta Araz “Ocaq”da “erməni çayı-Araks” kimi göstərilir. Qarabağa gəldikdə isə Balayan onu bizim eradan əvvəl ikinci əsrdən Ermənistanın “tarixi ərazisi” olduğunu iddia edir. Və hətta 19-cu əsrin əvvəllərində Qarabağ əhalisinin 98 faizinin erməni olduğunu sərsəmləyir…

Kitab rəsmi olaraq SSRİ-də nəşr olundu. Yəni səlahiyyətlilər tərəfindən bu nəşrə icazə verildi. Yeddi il sonra 26 fevral 1988-ci ildə başqa bir erməni millətçi ideoloqu Silva Kaputikyanla birlikdə Zori Balayan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov tərəfindən şəxsən qəbul edildi. Və Federasiya Şurasının qərarının qanuniləşdirilməsinə dair danışıqlar aparıldı. Beləcə, Nijdenin nasist ideologiyası Qarabağda cücərdilməyə başlanıldı. Və Ermənistanın Azərbaycana rəsmi təcavüzünə start verildi. Yəni “Ocaq” kitabı Qafqazda milli münaqişənin qızışmasında müstəsna rola malikdir.

Balayanizm istisnasız olaraq Ermənistanda bütün türk xalqlarının düşmən elan edildiyi Qaragen Nijde ideologiyasının dirçəldilməsinə təkan verdi. Bu xəstə ideologiya həm də ermənilərə faşist ideologiyasında olduğu kimi onların ən ali millət, “ağ adam” düşüncəsini təlqin edirdi. Yəni ermənilər nəinki türklərdən, eləcə də gürcülərdən, ruslardan, farslardan və digər xalqlardan daha üstün xalqdır. Bu xəstə ideologiya erməniləri üç yerə bölür:

1.Tsexamardlar- qonşu dövlətlərin ərazilərinin işğalı uğrunda mübarizə aparan və lazım gələndə özünü qurban verən “ən yaxşı insanlar”.

2. Zoxovurdlar- fanat, idarə olunan dəstələr.

3.Takanklar- ermənilərin faşist millətinə çevrilməsinə qarşı olan “ən pis insanlar”.

Məhz bu ideologiya sayəsində Robert Koçoryan və Serj Sarkisyan başda olmaqla Qarabağ separatçılarının liderləri 1990-cı illərdə Azərbaycanla münaqişəni sülh yolu ilə həll etməyə çalışan Ermənistan daxilindəki ağlı başında olan qüvvələri devirdilər. Bununla da erməni nasistlər heç bir halda dayanmayacaqlarını və hətta lazım gələrsə ermənilərin bir qrupunun (Takankları) qurban verməyə hazır olduqlarını göstərdilər.

Bunun nümunəsi olaraq Azərbaycanla barışığın əsas tərəfdarları Baş nazir Vazgen Sarkisyan və parlament sədri Karen Dəmirçyan parlamentdə güllələndilər. 27 oktyabr 1999-cu ildə parlamentdə törədilən terror onu göstərdi ki, bəzi millətçilər (Tsexamardlar) hədəflərinə çatmaq üçün öz vətəndaşlarının ölümünə belə hazırdırlar. Çünki Nijdeyə görə, onlar “ən pis insanlardır”. O zaman Qarabağı və digər torpaqları Azərbaycandan qoparmaq və Ermənistanın Qafqazdakı işğalçılıq siyasətini erməni diasporası da xüsusi canfəşanlıqla müdafiə etdilər.

1990-cı illərdə Ermənistanda Nijde ideologiyası dövlət səviyyəsinə qaldırıldı. Ermənistanda Nijde medalı təsis edildi, Nijdeyə abidə qoyuldu. İrəvanda ən böyük prospekt Nijde adlandırıldı. Bundan əlavə, İrəvanda bir küçə və bir metrostansiyaya Nijdenin adı verildi. Beləcə Nijde ideologiyası, Nijde adı hər bir erməninin həyatına zorən daxil edildi.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin 6 may 2019-cu il tarixli bəyanatında “Nasizmin təriflənməsi, yayılması və müasir irqçilik, irqi ayrıseçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün artmasına səbəb olan digər tətbiqetmə növləri” əsas tutularaq, eləcə də Nijdenin Üçüncü Reyxlə əməkdaşlığı nəzərə alınaraq Ermənistanın bu addımı birmənalı şəkildə nasiszm kimi qiymətləndirildi. Və Nijdenin siyasi xadim kimi xatirəsinin əbədiləşdirilməsi məqsədə uyğun sayılmadı.

Rusiya Müdafiə Nazirliyinin 12 cildlik “1941-1945-ci illər Böyük Vətən müharibəsi” ensiklopediyasında (6-cı cilddə) “Gizli Müharibə: Böyük Vətən Müharibəsi dövründə kəşfiyyat və əks kəşfiyyat” məqaləsində Nijde haqqında deyilir: “Böyük Vətən Müharibəsi dövründə, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent işə götürüldü. Onlar təxribat təlimlərə cəlb edildi və təxribatçı fəaliyyətlər üçün Qırmızı Ordunun arxa hissəsinə göndərildi. Həmin agentlərdən biri də Qaragen Nijde idi”. Bu, isə erməni nasizm ideologiyasının müəllifinin Rusiyaya qarşı açıq mübarizə apardığının təkzibolunmaz sübutudur.

Nijde ideoloqlarıından olan, mahiyyət etibarilə Koçaryan və Sarkisyanın varisi Nikol Paşinyan “yeni müharibə – yeni torpaqlar” hərbi doktrinasını qəbul edərək, Ermənistan ordusunu sərhəddə və cəbhə xəttində bir sıra genişmiqyaslı təxribatlar həyata keçirməyə sövq etdi. Və təcavüzkar Ermənistan mütəmadi olaraq bütün sərhəd bölgələrini kütləvi artilleriya atəşinə məruz qoydu. Son nəticədə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Bu “Dəmir yumruq” əməliyyatı 44 gün ərzində faşistlərin işğal olunmuş torpaqlardakı qüvvələrini tamamilə məğlub etdi. Və Qarabağın ən əlçatmaz qalası – Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhəri işğaldan azad edildi. Məhz bundan sonra Ermənistan təslim oldu.

Lakin Nijde-Balayan ideyaları ilə silahlanan faşistlər təslim olmadılar. Müharibə Azərbaycanda sona çatdı. Ancaq ermənilər dayanmaq istəmirlər.Ermənistan diasporunun dəstəyi və bəzi ölkələrin təhriki ilə yenidən müharibəni alovlandırmaq istəyirlər. Ermənistan liderlərinin faşist siyasəti minlərlə gəncin həyatını qurban versə də, 44 gün ərzində sosial şəbəkələrdə və mediada “mübarizə aparan” diaspor heç bir real itki vermədi. Erməni diasporu 30 ildir Ermənistan Respublikasının təcrid olunmuş cəmiyyətinin acınacaqlı vəziyyətini hiss etmədikləri kimi, müharibədəki məğlubiyyətin ağrı-acısını da hiss etmədi.

Məsələn, Fransa parlamenti Qarabağ işğalçılarının məğlubiyyətindən sonra İrəvanın Azərbaycan ərazisində yaratdığı saxta DQR rejiminin müstəqil bir dövlət kimi tanınmasını tələb edən iki qətnamə qəbul etdi. Beləliklə, Fransadakı erməni diasporu lobbi və maliyyə təsirlərindən istifadə edərək Azərbaycanın döyüş meydanında və danışıqlar masasındakı qələbəsini kompensasiya etməyə çalışdı. Fransa hökuməti ilk qətnaməyə qətiyyətlə imtina cavabı verdi. Lakin müasir faşizmin tərəfdarları, görünür, bundan narahat deyildilər. Senatın qərarının heç bir əhəmiyyət daşımasa belə, erməniləri yenə də“qalib gəlmək” eşqinə saldı.

Erməni ordusunun basılmazlığı, qurulmuş istehkamların əlçatmazlığı və münaqişə status-kvosunun toxunulmazlığı barədə mifləri Azərbaycan Ordusu 6 həftəyə dağıtdı. Amma heç bir şey itirməyən xaricdəki Nijde-Balayan faşistlərinin fəallaşması vəziyyəti gərgin olaqraq saxlayır. Erməni faşistləri Rusiyada isdəkilərini həyata keçirə bilməsələr də, dünyada bu qorxulu tendensiyanı davam etdirirlər. Rusiyada ermənilər azərbaycanlılar da daxil olmaqla digər xalqlarla barışıq içində yaşayırlar. Onların çoxu bilir ki, millətlərarası sülh sayəsində Rusiya Federasiyasının bütün vətəndaşlarına təhlükəsizlik, sabit inkişaf, ticarət imkanları, dövlət karyeraları və ən nəhayət firavan həyatları təmin olunur.

Bu yerdə olduqca vacib bir məqamı qeyd edək ki, hazırdı ayrı-ayrı rus “ziyalıları” məsələnin mahiyyətini bilmədən Cənubi Qafqazdakı ultra-millətçi qüvvələri-erməniləri dəstəkləyirlər. Onlar özləri də bilmədən Azərbaycan ərazisində ikinci mono- Ermənistan dövləti yaratmaq istəyən Qaragen Nijde, Zori Balayan, Robert Koçaryan və Serj Sarkisyan kimi ultra-millətçilərin faşizm ideayalarının təbliğatçılarına çevriliblər. Ekstremisti “Tsexamard” və fanat – “Zoxovurd”un təsiri altında olan ruslar digər millətlərlə yanaşı antifaşistlərin – “Takank” ermənilərin qanını tökməklə məşğuldurlar. Ermənistandan minlərlə kilometr məsafədə evdə oturan bu “aktivistlər” İrəvan və Azərbaycan ermənilərini qonşuları ilə dinc bir həyat qurmaq istəyinin üstündən soyuqqanlılıqla xətt çəkirlər. Bu tip rus “ziyalılar”ı heç vaxt reallaşa bilməyəcək nasist mifologiyası hesabına yeni bir müharibə, yeni bir ölümə çağırış edirlər.

Bəs “Nijde idologiyası”nı dayandırmaq üçün bu gün sivilizasiya nə etməlidir?

Birinci növbədə Qarabağ müharibəsinin yenidən alovlanmasına imkan verməməlidirlər.

İkincisi, bu ideologiyanın Qərbdə, xüsusilə də Rusiyada yayılmasının qarşısı alınmalıdır.

Eyni torpağın, eyni vaxtda bir neçə xalq üçün vətən olduğu çoxmillətli Qafqazda millətçiliyə və insanların etnik xətlər üzrə bölünməsinə yer vermək olmaz. “Nijdenizm” və bunun hər hansı digər versiyasını keçmişdə qoymalı, Cənubi Qafqazda faşizmin qələbə çalmasına yol verilməməlidir.

Rusiya rəhbərliyi bu ideologiyaya “yox” dedi. Və Azərbaycanın Rusiyanın milli maraqları üçün çox vacib olan bu bölgəyə sülh və sabitlik gətirmə planlarını dəstəklədi.

Əziz oxucu!

Zori Balayanın “Ocağı”na açın, baxın. Görəcəksiniz ki, 39 il sonra Qarabağın işğalı tərəfdarları hələ də oradan gətirdikləri sitatlarla danışırlar. “Böyük Ermənistan” xülyasını həqiqi Ermənistan və həqiqi Qafqaz erməniləri üçün barışdan daha vacib olduğu söyləyən şəxslər təkcə Azərbaycana qarşı deyil, eləcə də, Rusiyaya və insanlığa qarşı çıxırlar.

Nə yaxşı ki 44 günlük müharibə Cənubi Qafqazdakı həyatı kökündən dəyişdi. Lakin nasistlərdə heç bir şey dəyişmədiyi üçün Ermənistanın Azərbaycanla barışmasına müdaxilə etmək istəyirlər. Ancaq biz gündəlik fəaliyyətlərini yalan və nifrət üzərində quran qüvvələrin məğlub olacağına inanırıq. Artıq çoxları erməni faşizminin mahiyyətini başa düşür. Onların əsl hədəfinin Azərbaycan,Türkiyə deyil, bütün bəşəriyyət olduğunu artıq çoxları anlamağa başlayıb. Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovun “Vestnik Kavkaza”a verdiyi müsahibəsində qeyd etdiyi kimi, “bəzilərimiz “ağ adamlar”ın, və yaxud güc əldə etmək istəyən bəzi Ermənistan vətəndaşlarının hislərinin girovlarına çevrilmişik. Gec-tez Azərbaycana aid ərazilərin qaytarılacağını açıq şəkildə inkar etmək axmaqlıq idi. Müharibə bu müqavilənin köməyi ilə dayandırıldı. İndi özlərini məğlub hesab edən insanlar bu “problem”i yoluna qoymaq istəyirlər. Güclü dövləti və güclü orduları olmadan belə. “Çoxları bizi bu və ya digər tərəfin yanında durmağa çağırdı. Mən həmişə cavab verdim, bunu niyə etməliyik? Nəticədə, Rusiya sayəsində müharibə dayandırıldı. Bu sülhün əldə edilməsi üçün Rusiya siyasi, hərbi və humanitar baxımından müəyyən itkilərə getdi. Amma nə yazıq ki, nasist ermənilər bu humanizmə görə Rusiyaya minnətdar olmaq əvəzinə razılaşmaya yenidən baxılması üçün çağırışlar edirlər”.

Dövlət Dumasının Maliyyə Bazarı Komitəsinin sədri Anatoli Aksakov da öz növbəsində bütün səyləri Cənubi Qafqazda sülhün sabitləşməsinə yönəltməyə çağırıb. “Düşünürəm ki, indi bölgədə sülhü və əmin-amanlığı bərpa etmək, normal iş qurmaq və bir ay əvvəl sona çatan münaqişənin yenidən alovlanmaması üçün hər kəs öz dəstəyini verməlidir. Əlbəttə ki, Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşmaya yenidən baxılması bir daha müzakirə mövzusu olmamalıdır. İndi heç kim bu mövzunu müzakirə etməməlidir. İndi insanlar, onların taleləri və rifahları haqqında düşünməliyik. Rusiya məhz belə bir mövqedədir. Çünki həm azərbaycanlılar, həm də ermənilər bizim üçün əzizdirlər və aramızda sülhün olması çox vacibdir. Bu sülh yenicə formalaşır və bir gecədə məhv edilə bilər. Təəssüf ki, hamı bunu başa düşmür”, – deyə komitə sədri bildirib.

O əlavə edib ki, “İnsanlar üçün normal iqtisadi proses və normal həyat təşkil etmək lazımdır. Təmaslar, qarşılıqlı fəaliyyət son nəticədə Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlər yaradacaq. İqtisadi münasibətlərdən sonra da insani münasibətlər qurulacaq. Çünki münaqişə yenidən alovlansa, bundan heç kim qazanmayacaq, elə erməni nasistləri də”.

“Vestnik Kavkaza” 11 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin