TƏCİLİ!Türkiyə Milli Kəşfiyyat Təşkilatı aeroportda əməliyyat keçirdi: Əli Həsənov Fransaya qaçarkən saxlanıldı

Keçmiş ideoloq, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov Türkiyə Milli Kəşfiyyat Təşkilatı tərəfindən saxlanması ilə bağlı məlumat yayılıb.

KAİM.az xəbər verir ki, Türkiyə mətbuatında belə bir iddia ilə xəbər tirajlanıb.

Bildirilib ki, sabiq prezident köməkçisi Türkiyənin İstanbul şəhər aeroportundan Fransaya qaçarkən MİT tərəfindən saxlanılıb.

Türk mətbuatında iddia olunan yazıda Əli Həsənovun nə səbəbdən saxlanması barədə heç bir məlumat verilməyib.

Onu da qeyd edək ki, FETÖ əlaqələləri ilə də gündəmi zəbt edən  Əli Həsənovun MİT tərəfindən saxlanması barədə Azərbaycan tərəfi hələlik heç bir məlumat açıqlamayıb.

Amma, türk mediyasının yazdığına görə, Ə.Həsənovun yaxın günlərdə Azərbaycana veriləcəyi də iddia olunub.

Onu da bildirək ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ilə birgə dəfələrlə əməliyyatlar keçirib, çinayətkarlar həbs edilib.

KAİM.az

Niyaz

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin