SON DƏQİQƏ : Cəlilabadın icra başçısının həbsi üçün təqdimat verildi

0
6

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan, Cəlilabad rayon icra başçısı Namiq Zeynalov Səbail rayon məhkəməsinə gətirilib.

KAİM.az Trend-ə istinadən bildirir ki, icra başçısı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi başlayıb. Prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılır.

N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin