ŞOK GƏLİŞMƏ: Məşhur generalın qardaşı oğlu, DGK-nin “qara kassa”sı HƏBS EDİLDİ?-2 nəfər ÖLDÜRÜB

0
6

Ötən ilin sentyabr ayının 2-də AzTV-nin əməkdaşı Sərxan Məmmədovu yolu keçərkən maşın vuraraq öldürdü. Onun ölümündən dərhal sonra hadisənin təfərrüatları ortaya çıxdı, məlum oldu ki, AzTV-nin əməkdaşını maşınla vurub öldürən şəxs Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük general-leytenantı Əsgər Abdullayevin qardaşı oğlu Samir Abdullayevdir.

Araşdırmalar nəticəsində o da bəlli oldu ki, S.Abdulayev ikinci dəfədir ki, avtomobillə qəza törədir və o, bundan əvvəl də bir nəfəri maşınla vurub öldürüb. S.Abdullayev hər iki qəza nəticəsində iki nəfərin həyatına son qoyub.

KAİM.az Azsiyasət.com-a istinadən xəbər verir ki, iki nəfəri öldürən S.Abdullayev azadlıqdadır və özünün ərköyün hərəkətləri ilə şəhərdə ad çıxarıb. S.Abdullayevin hər iki cinayətini ört-basdır edən, onu həbsdən qurtaran şəxs elə əmisi Ə.Abdullayevdir.

1963-cü il təvəllüdlü Ə.Abdullayev Babək rayonunun Nehrəm kəndindəndir. Bildirilir ki, onun qardaşı da general rütbəsi daşıyır və hal-hazırda yüksək vəzifədə çalışır.

Hər iki qardaş böyük biznes şəbəkəsi yaradıb. Onların Bakının müxtəlif yerlərində mənzillərinin, villarının, ticarət obyektlərinin, restoranlarının olduğu da bildirilir.

Ə.Abdullayevin bu qədər geniş imtiyazlara və gücə sahib olmasının əsas səbəbi isə onun Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin “qara kassası” olmasıdır.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin