SOCAR-ın Mikayıl Cabbarovla nə problemi var? – İLGİNC MÜƏMMA

Xəbər verdiyimiz kimi, Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib və iclasda Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, həmçinin İdarə Heyətinin üzvləri iştirak edib.

KAİM.az yeniavaz-a istinadən xəbər verir ki, SOCAR Müşahidə Şurasının iclası və orda müzakirə olunan məslələrlə bağlı məlumatları mətbuata Azərbaycan İnvestisiya Holdinqi açıqlayıb.

Qeyd edək ki, 23 yanvar 2021-ci il tarixində Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb və iqtisadiyyat naziri Mikayıl Cabbarov şuranın sədri təyin olunub. Lakin bu günə Müşahidə Şurası ilə bağlı heç bir xəbər SOCAR-ın rəsmi veb-səhifəsində – socar.az-da yerləşdirilməyib.

SOCAR-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İbrahim Əhmədov 2 ay əvvəl verdiyi açıqlmada qeyd etmişdi ki, socar.az-ın xəbərlər bölməsində yalnız şirkətə məxsus press-relizlər yerləşdirilir.

Maraqlıdır ki, SOCAR-la bağlı məlumat qurumun mətbuat xidmətindən açıqlandığı kimi, rəsmi veb-saytda da yerləşdirilməyib. Belə görünür ki, İctimaiyyətlə Əlaqələr Şöbəsi SOCAR-ın fəaliyyətilə bağlı keçirilən ən vacib toplantıdan press-reliz hazırlamaq və bunu mətbuata göndərməyə ehtiyac görməyib.

Onu da bildirək ki, Müşahidə Şurasının yaradılması ilə bağlı Prezidentin 23 yanvar 2021-ci il tarixli Fərmanı da uzun müddət socar.az saytında yerləşdirilməyib. Bu mövzu ilk dəfə yeniavaz.com saytında yayımlandıqdan sonra Prezidentin məlum Fərmanı sayta yerləşdirilib. Lakin, Prezidentin Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il tarixli Sərəncamı hələ də socar.az saytına qoyulmayıb. Ümumiyyətlə, İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR Müşahidə Şurasının sədri olduqdan sonra onun adı bir dəfə də olsun socar.az saytında yer almayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin