“SMS icazə” sistemi nə vaxtdan ləğv ediləcək?

Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirusa yoluxanların sayı 7-8 dəfə azalıb. Belə ki, gündəlik yoluxanların sayı 4000-dən 300-ə düşüb. Qeyd edək ki, yoluxmaların sayı kəskin artdığına görə dekabrın 1-dən yanvarın 18-nə kimi ölkə ərazisində karantin rejimi daha da sərtləşdirilərək “SMS icazə” sisteminə keçirilib. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, gələn həftədən “SMS icazə” sistemi ləğv edilə bilərmi?

“KAİM.AZ-ın Sonxəbər.az-a istinadla verdiyi məlumata əsasən, bu suallara tibb professoru Adil Qeybulla cavab verib.

Onun sözlərinə görə, yoluxanların sayı bu templə azalmağa doğru gedərsə, ola bilər ki, karantin rejimində müəyyən yumşalmalara gedilsin:

“Əlbəttə, bunun üçün gündəlik yoluxmaların sayında azalma dinamikasının davamlı olması vacibdir. Eyni zamanda vaksinasiyanın da başlanılması gözlənilir. Əlbəttə, vaksinasiyanın nəticəsini qısa müddət ərzində görmək mümkün deyil. Ən azı 42 gün immunitetin formalaşması üçün zaman lazımdır.

Vaksinasiyadan əlavə gələcək immunitetin formalaşması və gündəlik yoluxanların sayındakı azalma tendensiyasının davam etməsi, sərt karantin rejiminin yumşalmasına, o cümlədən “SMS icazə”nin ləğv edilməsinə gətirib çıxara bilər. Hər şey mövcud vəziyyətdən asılı olacaq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin