“Ruslar çalışır ki, ermənilərin yaşadığı ərzilərə türkləri buraxmasınlar, amma…”

“Türkiyə və Rusiya hərbçilərinin birgə quracağı Monitorinq Mərkəzinin harada yerləşdirilməsi Azərbaycan hökumətinin səlahiyyətində olan məsələdir. Yəni hökumət haranı məqbul hesab etsə, mərkəz də orada yerləşəcək”.

Bu sözləri Reyting.az-a professor Qabil Hüseynli Qarabağda atəşkəsə nəzarət edəcək Monitorinq Mərkəzinin Ağdamda yerləşəcəyi haqda xəbərləri şərh edərkən deyib.

Onun sözlərinə görə, ruslar bu məsələdə təzyiqlər edir: “Şəxsən mən hesab edirəm ki, Monitorinq Mərkəzinin Şuşa şəhərində və ya ondan bir az kənarda – Ağdamda yerləşməsinin elə də pinsipial fərqi yoxdur. Əvvəla, monitorinq mərkəzinə mütəxəssislər cəlb ediləcək. İkincisi, onların əlində ən müasir hərbi avadanlıqlar, dronlar olacaq. Mərkəz bütövlükdə Ermənistan sərhədinə qədər bütün əraziləri nəzarətdə saxlamaq və izləmək imkanlarına malik olacaq”.

Sabiq dövlət müşaviri qeyd edib ki, ruslar çalışırlar ki, ermənilər yaşayan əraziyə türkləri buraxmasınlar: “Amma gec-tez türklər burada lazım olan məsələlərin hamısını həll edəcəklər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin