“Rus generalları dedilər ki, heç nə bilmərik, bizdən asılı deyil, Şurnux Azərbaycana verilir”

“5 yanvaradək azərbaycanlılara  verilən Şurnuxdakı  12 evin sakinləri kəndi i tərk etməlidirlər.”

Kaim.az bildirir ki, Şurnux icmasının kənd administrasiyasının rəhbəri Akob Arşakyan bunu erməni “News-NEWS.am” saytına verdiyi müsahibəsində bildirib:

“Bizə onlara təslim olan əraziləri azad etmək üçün 5 yanvar tarixinə qədər vaxt verildi.Dedilər ki, əks halda kim bu ərazidən keçsə: bir şəxs və ya bir heyvan, hər şey onlara məxsus olacaq” .

Arşakyan deyir ki, rus sülhməramlılarına, generallara köhnə SSRİ xəritəsini göstərib. Orda Şurnux Ermənistanın tərkibindədir.

Onlar dedilər ki, heç nə bilmərik, bizdən asılı deyil, Şurnux Azərbaycana verilir.

İlqar Atayev

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin