“Paşinyan Azərbaycan zabitlərinin əmrləri ilə ƏSGƏRLƏRİNİ İDARƏ EDİR”- Baqratyandan ŞOK AÇIQLAMA

Ermənistanın sabiq baş naziri Hrant Baqratyan Zəngəzura səfər edib və daha sonra sosial şəbəkə hesabında açıqlama verib.

KAİM.az xəbər verir ki, Baqratyan sərhədlərin müəyyən olunması barədə yerli sakinlərlə söhbət edib:

“Bütün günü Sünikdə (Zəngəzur) keçirtdik. Vətəndaşlarla, hərbçilərlə və ictimai xadimlərlə görüşlərimiz oldu. Birinci sual Ermənistan Respublikasının sərhədləri məsələsi idi. Onların necə təyin olunduğunu yerində yoxladıq. Aşağıdakı sadə sxemin işlədiyi ortaya çıxdı

Yüksək rütbəli bir Azərbaycan zabiti bu əraziyə gəlir, cibindən bir “Samsung” telefonu çıxarır, onu Google GPS-ə qoşur və deyir ki, bura sərhəddir. Bizimkilər öz növbəsində iPhone-da bunun belə olmadığını göstərəndə azərbaycanlılar işə qarışırlar və deyirlər ki, Paşaya (baş nazir Nikol Paşinyanı nəzərdə tutur – red.) zəng edin. Zəng edəndən sonra bizimkilərə əmr gəlir ki, Azərbaycan hərbçiləri necə deyirsə, elə də edin”.

Baqratyan prezidenti də unutmayıb və replika atıb:

“Yeri gəlmişkən, uşaqlar Armen Sarkisyanı (Ermənistan prezidenti – red.) sərhəd qəsəbələrindən birində görmək istəyirlər. Çoxlu hədiyyələrlə yaxşı bir Şaxta baba olacağını deyirlər. Ona deyirdim ki, mənimlə İrəvanda görüşsün. İndi təəssüf ki, qaçır”.

Qeyd edək ki, sərhədlərin demarkasiyası heç də Baqratyanın dediyi kimi aparılmır, proses zamanı GPS-lə yanaşı, SSRİ vaxtında qüvvədə olan xəritələrdən və müxtəlif sənədlərdən də istifadə olunur.

Ermənistan Ombudsmeni Arman Tatoyan da bir neçə gün əvvəl Zəngəzurun Gorus şəhərinə səfər etmişdi və sərhədlərin müəyyən edilməsi mexanizmi ilə maraqlanmışdı. Onun sözlərindən belə aydın oldu ki, bütün GPS sistemlərində ərazilər Azərbaycanın tərəfinə düşür, ona görə də Tatoyan bu sistemi “yanlış” saymış və iddia etmişdi ki, bəzi xəritələrdə o ərazilər, məsələn, Şurnux kəndi Ermənistanın ərazisi kimi görünür. Bəli, məhz “bəzi xəritələr”də Ermənistan ərazisidir, amma GPS-də və əsas xəritələrdə Azərbaycan kəndidir.

Elə Tatoyanın bu açıqlamasından aydın olur ki, Azərbaycan tərəfi sərhədləri dəqiqliklə müəyyən edir. Həm GPS, həm də SSRİ vaxtının mərkəzi hakimiyyəti tərəfindən təsdiqlənmiş xəritələr vasitəsilə iş aparılır. Tatoyan isə sadəcə, “bəzi xəritələr”ə ümid bağlayır./bizimyol.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin