İstanbulda Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirildi

Türkiyənin İstanbul şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Kaim.az xəbər verir ki, tədbir iştirakçıları ulu öndərin İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət ediblər.

Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, İstanbulun Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Genc, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, İstanbuldakı Hüseyn Cavid adına məktəbin kollektivi və başqaları iştirak ediblər.

Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun abidəsi önünə əklillər və gül dəstələri düzülüb.

Mərasim iştirakçıları Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün də büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar. (report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin