General Bərxudarovun qardaşlarından haqqlarında yayılan ittihamlara CAVAB

0
4

İkinci Ordu Korpusunun komandiri general-mayor Mais Bərxudarovun qardaşları onlara yönələn ittiham xarakterli məlumatları təkzib ediblər.

KAİM.az xəbər verir ki, Yenicag.az general-leytenant Rövşən Əkbərovun həbsindən sonra korpus komandiri general-mayor Mais Bərxudarovun qardaşlarının mənimsəmə ittihamı ilə istintaqa cəlb edilməsi haqda xəbəri dəqiqləşdirib.

Generalın qardaşları hərbçilərə göndərilən yardımların mənimsənilməsi ittihamı ilə barələrində cinayət işinin açılmasına dair məlumatın həqiqətə uyğun olmadığını bildiriblər.

Mais Bərxudarovun qardaşları qeyd ediblər ki, hərbçi olmasalar da, 44 günlük müharibə zamanı könüllü şəkildə cəbhə bölgəsinə yollanaraq, orduya dəstək veriblər.

Onlar ünvanlarına deyilən ittihamları rədd edərək, Ordu üçün nəzərdə tutulan yardımları “mənimsəmək”lə yox, əsgərlərə göndərilən yardımların birbaşa yerinə çatdırılmasında fəal iştirak etdiklərini bildiriblər.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin