Ermənilərin növbəti GÜLÜNC İDDİASI: Ağdərədən Ermənistana YOL İSTƏYİRLƏR-VİDEO

0
5

Ermənilər Rusiya Müdafiə nazirliyinin Qarabağdakı sülhməramlı kontinqentinin rəhbəri Rüstəm Muradova absurd müraciət ünvanlayıblar. 

KAİM.az xəbər verir ki, Kəlbəcər rayonunun Heyvalı kəndində yaşayan ermənilər Rüstəm Muradova Ağdərədən Ermənistanın Vardenis şəhərinə təhlükəsiz hərəkət üçün şərait yaradılmasını xahiş ediblər. Sakinlər yazılı müraciəti sülhməramlılara təqdim ediblər.

Politoloq Anar Əliyev Baku TV-yə bildirib ki, Qarabağda yaşayan ermənilərlə Ermənistanın əlaqəsi hələ ki, Laçın dəhlizi ilə baş tutacaq:

“Laçın şəhəri tam təhvil verildikdən sonra yeni bil yol çəkiləcək. O yol vasitəsilə Qarabağda yaşayan ermənilər istifadə edəcəklər. Hər hansı başqa bir iddialar Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli bəyanatına ziddir və bu prosesi pozmağa hesablanıb”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin